Page 125 - pryaxin
P. 125
Xəzər yuxuları

sürünün yanına göndәrilirdi. Onlar gecә vaxtı sürüyә göz-qulaq
olur, elә oradaca yumşaq, özünәmәxsus qoxusu olan yun döşәklәrdә
yatırdılar. Bu döşәkdә yatanda sәhәr-sәhәr özünü az qala sәrxoş
kimi hiss edirsәn, başın dumanlanır. Kömәkçilәr gedәndәn sonra
çoban vә kömәkçisi otaqdakı çox böyük, hündür taxtın üstündә
gecәlәyirdilәr. Daxma yalnız bir otaqdan ibarәt idi, odur ki,
mәnim yerimi elә buradaca, üzbәüz divarın yanında salırdılar.
Mәni dә digәr kömәkçilәr kimi, sürünün yanına göndәrmәk yaxşı
çıxmazdı – necә olmasa da, Stavropoldan gәlmişdim.

Mәn bayıra çıxır, evin önündәki torpaq qalağının üstündә
oturub sızlayan ayaqlarımı uzadırdım. Bundan sonra gözlәrim
yumulana qәdәr qiymәtli külçә kimi parıldayan iri ulduzlara ba-
xırdım. Bir azdan qaranlıqda әlhavasına otağa qayıdırdım: artıq
taxt tәrәfdәn sәs-sәmir gәlmirdi.

Bu, hәmin ezamiyyәt zamanı gördüyüm әn maraqlı, әn tәsirli
sәhnә idi, amma, sözsüz ki, hazırladığım komsomol oçerkindә
bunları yazmadım.

Deyirsiniz, qayıtmaya bilmәzdi? Mәnsә deyirәm, әlbәttә ki,
qayıtmaya bilәrdi: düzdür, bu çöllük әrazidә adam azdır, amma
burada da adamı yoldan çıxaran cazibәdar gözәllәrә rast gәlmәk
olar. Özü dә onlardan yaxa qurtarmaq çox çәtindir!

Sadәcә aradan çıxa bilәrdi: bu, elә dә çәtin deyil.
Ailә rәvayәtinә görә, babam Vladimir Longinoviçin yaşıl
üzlüklü Terek papağını karton qutuda saxlayır, onu yalnız bayram-
dan-bayrama çıxarırmışlar. Gümüş qınlı xәncәr isә nәnәmin
sandığında olurmuş. Sandıq sonradan әlәdәn-әlә keçib: necә
deyәrlәr, post tәhvil verildi – post tәhvil alındı.
Öz әcdadlarının yolu ilә gedib Knyaz Musaya vә onun
xәlәflәrinә xidmәt edәn, mal-mülk sahibi olan babam, necә olub
ki, nәnәm Aleksandraya tәslim olub? Bunun da sәbәblәri
varmış…
Nәnәm hәlә sürgündәn әvvәl, tez rәhmәtә gedib. O, altmış il
әrzindә, min bir әzab-әziyyәtlә Noqay çöllüyündә qurulmuş ailә
imperiyasının mәhv olduğunu görәrәk dözә bilmәyib. Babam üç
uşağı ilә birlikdә sürgün edilib. Böyük uşağı Nastenka mәnim

125
   120   121   122   123   124   125   126   127   128   129   130