Page 121 - pryaxin
P. 121
Xəzər yuxuları
Giriş qapısının soyuq daş üzlüyü, mәhzun görkәmi binanı
sәrdabәyә oxşadırdı. Girişin yan tәrәflәrindә divara vurulmuş
lövhәlәrin hamısı fransız dilindәdir, yalnız birindәn başqa. Hәmin
lövhәdә bircә söz yazılıb: “Denikin”. Qadın gözәl gözlәrini,
әlbәttә ki, burada hәyata yumacaq. Cәsәdi Rusiyaya aparmayacaqlar.
Belәcә, öz içindә Rusiyanı dәfn edәcәk, üstünü örtәcәk, pәrdәlә-
yәcәk. Rusiya isә iki gözәl rus gözündәn mәhrum olacaq, necә ki
Melanya nәnәnin olümü ilә xeyli solğunlaşmışdı.
Qadının oğlu Mişel bizi aşağıya, hәyәtә kimi ötürdü vә
burada qәmli-qәmli gülümsünәrәk, әlimizi sıxıb vidalaşdı.
Yox, bu, qadının cәsәdini Rusiyaya aparan deyil. Yox,
aparmayacaq…
***
– Biz morşansklıyıq! – bu, ilk növbәdә, o demәk idi ki, biz
rusuq.
Müәyyәn mәnada qeyri-rus mәmlәkәti sayılan bu yerlәrdә
bu, çox vacib mәsәlәydi. Sözün düzü, köhnә vaxtlarda bu yerlәrdә
ruslara az-az rast gәlinirmiş. Burada әsasәn noqaylar, darginlәr,
laklar, tavlinlәr, çeçenlәr, kalmıklar, xoxollar yaşayıb. Ruslar isә
qırılmayan sәrt ip kimidir – sırıq rolunu oynayırlar. Bәrkitmәk,
möhkәmlәndirmәk üçün. Başqa heç nә.
Burada yaşayan ruslar “yağış”, “borş” sözlәrini belә özünә-
mәxsus tәrzdә ifadә edirdilәr.
– Vas-kya-a!
– Van-kya-a! – uşaqlarını bu cür sәslәyirlәr.
Melanya nәnә isә sәrt sәslә:
– Vaska!
– Nüska! – deyә çağırırdı.
Vasil Vasilyeviç Qolosutski lağa qoysa da, Melanya nәnә bu
tәlәffüz tәrzinә son istinadgah kimi yanaşırdı.
Yeri gәlmişkәn, Vasil Vasiliçin böyük qardaşı kәnd kilsәsinin
keşişi idi. Sonralar kilsәni partlatdılar, yerlә-yeksan etdilәr, onun
121