Page 117 - pryaxin
P. 117
Xəzər yuxuları

gәlirdi ki, onun robmşәkilli gözәl dizlәri bilyard şarı kimi cilalanıb
(yәqin, nahamar kişi әllәri ilә yox, şövqlü baxışlarla). Qara
ipәkdәn geydiyi uzunboğaz corabları ağappaq dizlәri ilә qәribә
bir ahәng yaradırdı. Corabları, ox ucluğunu xatırladan cancağı,
dümağ yaxalığı onu gimnazist qıza oxşadırdı. Şaxtalı havada
üşüyәn, yanaqları allanmış, gözlәri parıldayan gimnazist qıza.

Göyümsov çil-çil lәkәlәri olan, çiçәk açmış bağçada uzunsov
yağış damcılarını xatırladan qiymәtli daş-qaş ona xüsusi rövnәq
verirdi. Mariya Antonovna son model eşitmә aparatından istifadә
etdiyi üçün xahiş etdi ki, alçaqdan danışaq. Mәncә, nә demәk
istәdiyimizi dodaqlarımızın hәrәkәtindәn başa düşürdü. Ona görә
dә gözünü üzümüzdәn çәkmirdi. Adama elә gәlirdi ki, ruhumuzu
da görür.

Budur, yarım әsrdәn sonra yenidәn qarşımda Melanya nәnәnin
gözlәrini görürdüm. Hәr şeylә maraqlanan bu doğma baxışları
görәndә içimdәn bir gizilti keçdi. Sanki kimsә nәvazişli әllәri ilә
ruhumu oxşadı… Marina Antonovna on doqquzuncu ildә,
Krasnodarda, Malaşka nәnәnin doğma yurdu tәrәflәrdә doğulub.
Onun nәnnisi aşırma çantaydı – atasının ardınca od-alovdan
keçmiş, kirpiyi ilә od götürmüşdü. Rusiyadan uzaqlaşdıqca
gözlәrindә hәmin bu mәhzun ifadә yaranmışdı. Artıq Rusiya
kәdәrli, şirin yuxu idi, amma onun xatirәsi, mavi tәbәqә kimi,
göz bәbәklәrinә çökmüşdü. Orada, mükәmmәl memarlığıyla
seçilәn Versal sarayı ilә üzbәüz evdә, qürbәt mücәssәmәsi olan
mәkanda bundan artığına ümid bәslәmәk olmazdı.

Versalla üzbәüz ev, pәncәrәlәri bir-birinә baxır, amma sәksәn
altı yaşlı qadının pәncәrәsi bir qәdәr aşağıdadır… Görәsәn, uşaq
gözlәri ilә Geliboluda nә görmüşdü ki, başqalarının çöhrәsinә
kәdәr qonduğu halda, onun baxışlarında sanki günәş doğurdu?

Stavropol vә Krasnodar vilayәtlәrinin arasındakı Kuban çayı
(öz çınqıllı mәcrasında gurultuyla axan dağ çayının buz kimi
suları göz qamaşdırır) da, ola bilsin, qiymәtli daş-qaş kimi bizә
miras qalıbmış.

Bolşeviklәr hara desә, ora axır Kuban çayı…
Bolşeviklәr dedi.
Çay da onların dediyi sәmtә axdı.

117
   112   113   114   115   116   117   118   119   120   121   122