Page 112 - pryaxin
P. 112
rgi Pryaxin

bu imtiyazlarla mübarizә aparan binәvalar hardan bilәydi ki, bizi
qovub yerimizә gәtirdiklәri mәmurlar әlçatmaz, ünyetmәz milyon-
çulara çevrilәcәklәr. Artıq әrzaq bölüşdürәnә-filana ehtiyac yoxdur,
indi әn imtiyazlı tәbәqәni onlar tәşkil edir – utanıb-qızarmadan
әn yağlı tikәlәri ciblәrinә qoyurlar, kәşmiri kostyumlarının yağa
batıb çirklәnmәsi veclәrinә deyil. Mәn arabir yemәkxanaya (dәb-
dәbәli çilçıraqlara, bәzәkli tağlara baxanda, bura daha çox kilsәyә
oxşayırdı) baş çәkir, qoca pilotla salamlaşırdım. Hәr dәfә kandardan
içәri ayaq basan kimi onu ucadan salamlayırdım:

– Komandirә eşq olsun!
– Arxa cәbhә zәhmәtkeşinә salam! – Qadın öz möhtәşәm
tәnhalığının içindәn sevincәk sәslәnirdi.
Onun Mәrkәzi Komitәyә, mәnim yanıma gәlib-getmәsinin
bir sәbәbi vardı: özünә abidә qoydurmaq istәyirdi. Axırda istәyinә
çatdı: bu abidә indi Kutuzov prospektini bәzәyir. Demәli, arxa
cәbhә zәhmәtkeşlәrinin әlindәn dә nәsә gәlir. Mәnә elә gәlir,
qadın sağlığında bu abidәylә nәfәs alırdı. Elә bilirdi ki, başında
şlem, gözlәrindә okulyar, әynindә pambıq şalvar olan bu heykәlә
hamının ehtiyacı var.
İndi heç kәs heç kәsә heykәl qoymur – necә deyәrlәr, gözdәn
uzaq, könüldәn iraq. Әfsanәvi tәyyarәçi, görünür, bunları әvvәlcәdәn
bilirmiş. Bu dünyadan izsiz-tozsuz uçub-getmәk istәmirmiş.
Bütün bunları niyә xatırladım?
Bir neçә ildәn sonra kәndә qonaq getmişdim. Keçmiş sinif
yoldaşlarımdan, yaşıdlarımdan soruşdum: hәmin tәyyarәdәn nәsә
xatırlayırlarmı? Heç kim heç nә xatırlamırdı. Heç nә! Elә bildilәr
ki, içib sayıqlayıram, NUO-dan danışıram. Ola bilmәz. Belә şey
olar?!
Uşaqlıqda gördüyün yadplanetlilәri xatırlamaq da tәhlükәlidir…
Sağlamfikirli, ayıq-sayıq, sanki şaquli şәkildә, canlı-canlı Nikolkanın
quru torpağına dәfn edilmiş hәmkәndlilәr nә fikirlәşәrlәr?
Fikirlәşәrlәr ki, kişi hәm içib (bunun eybi yoxdur – onların özü,
demәk olar, heç vaxt ayıq olmur. Yalnız sәhәr saat beş radәlәrindә
ayılır, bu zaman suda boğulanlar kimi, özlәrini yerlә göy arasında
hiss edirlәr – dünya onlara dar gәlir, amma hәlә içmәyә macal
tapmayıblar), hәm dә, deyәsәn, paytaxtda ağlı çaşıb. Sәksәn

112
   107   108   109   110   111   112   113   114   115   116   117