Page 111 - pryaxin
P. 111
Xəzər yuxuları

Bu mәnzәrә yaddaşıma hәmişәlik hәkk olunub: burnu aşağı
әyilmiş nәhәnğ tünd-gümüşü rәngli tәyyarә; dünyanın әn bәrk
uçuş zolağında әl nәrdivanının kömәyi ilә o baş-bu başa gedәn
möcüzәvi qadınlar – okulyar taxmış mәlәklәr. Әllәrindә iri açarlar
tutmuş qadınların okulyarında bizim sәxavәtli bahar günәşinin
işığı әks olunurdu. Onların başçısı – әtli-qanlı, xoşsifәt qadın hәr
dәfә mәni görәndә üzünә gülüş qonurdu. Adı nәydi? Marina
Popoviç? Marina Raskova? Valentina Qrizodubova? Bir dәfә
Qrizodubova mәnә zәng elәdi, hәtta işlәdiyim yerә, partiyanın
Mәrkәzi Komitәsinә dә gәldi. Qalın qaşları pırtlaşıq, iricüssәli,
vüqarlı, zәhmli qarı postda dayanan milisionerә şәxsiyyәt vәsiqәsini
belә göstәrmәmişdi – dövlәt adamı olduğu sifәtindәn bilinirdi
axı! Oturmaq üçün ona stul tәklif edәndә isә tәkkәbürlü әdayla
tәlәb etdi:

– Bir stul da ver! Belә daha yaxşıdır.
Qranovskaya küçәsindә yerlәşәn xüsusi yemәkxanada da
belә elәdi: kraxmallı ağ süfrә salınmış stolun arxasında iki stulda
әylәşdi. İki stulda, amma tәk-tәnha. Burada, demәk olar, heç kәs
nahar etmirdi; yemәkxana saray otaqları kimi sәliqәli, adamsız
vә tәrtәmiz idi: kәlәm şorbasının qoxusu-filan hiss olunmurdu.
Bu yemәkxanada yalnız hәrdәnbir kimsәsiz qoca bolşeviklәr
nahar edirdi. Onların heysiz әllәri titrәyir, yemәk tez-tez süfrәyә
dağılırdı. Ağ papaqlı, iridöşlü ofisiant qadınlar bu kövrәk
bolşeviklәri şәfqәtlә dindirir, qulluğunda dayanırdılar. Qrizodubova
nә heysiz qarıydı, nә dә köhnә bolşevik. O qәdәr canlı idi ki, iki
adam әl-әlә versә, qucaqlaya bilmәzdi. Ona baxanda istәr-istәmәz
soyadındakı “dub” (“palıd”) ismini xatırlayırsan. Yәqin ki, әvvәllәr
bu soyad bir qәdәr başqa cür, daha tәbii sәslәnirmiş: Qrızodubovlar.
Bu nәslin nümayәndәlәri daha yüksәk sosial statusa yiyәlәnәndәn
sonra “ı” hәrfini “i” hәrfi ilә dәyişiblәr. Hәlә yaxşı ki, “dub”
sözünü “yaşıl şam ağacı” ilә әvәz etmәyiblәr.
Yox, o, qocalar evindә sәssiz-sәmirsiz, cansız xәyal kimi
dolaşan qoca bolşeviklәrdәn deyildi. Amma tamamilә tәnha adam
idi – bu, dәqiqdir.
Әrzağın paylaşdırılması ilә mәşğul olan şöbә mәn işlәdiyim
binada yerlәşirdi. Burada әn defisit malların qiymәti belә, adi
mağazalarda olduğundan iki dәfә ucuz idi. Bәdnam imtiyazlar –

111
   106   107   108   109   110   111   112   113   114   115   116