Page 113 - pryaxin
P. 113
Xəzər yuxuları

yaşlı qoca, keçmiş döyüşçü (onun cavan, dәliqanlı vaxtlarını
yaxşı xatırlayıram) İvan Fyodoroviç Maznyakın cavabından sonra
sorğu-sualı dayandırdım.

– Seryoqa, sәhv edirsәn. Otuz dördüncü ildә Mişka Podsvirov
tәyyarәdә ata-anasını yoluxmağa gәlmişdi, bәlkә, onu deyirsәn?..

– Necә, necә? – Tәәccübdәn ağzım açılı qaldı.
– Hә dә. O, yüksәk rütbәli hәrbçiydi. Burada, Qafqazda
tәlim keçirdi. Tәyyarәdә ata-anasını yoluxmağa gәlmişdi. Tәyyarәni
düz atasının evinin önündә, palçıq yolda yerә endirmişdi. Kәnd
camaatının içinә vәlvәlә düşmüşdü: bizә elә gәlirdi ki, Allah
elәmәmiş, Stalinin özü tәşrif buyurub.
– Pilot kabinәsindә tәk oturmuşdu, tәyyarәni özü idarә edirdi, –
mәn ağzımı yummağa macal tapmamış, qoca kәndli әlavә etdi.
Elә mәnalı-mәnalı danışırdı ki, bilmәk olmurdu, İosif Stalindәnmi,
Mixail Podsvirovdanmı, yoxsa Tanrının özündәnmi danışır?
Hm… Demәk, uzunömürlü veteran, müharibә iştirakçısı İvan
Fyodoroviç otuz dördüncü ildә mәnim hәyatda olduğumu zәnn
edir. Doğrudur, yaşıdlarımızdan çoxu doğum ilini doğru-dürüst
bilmir, amma bildiyimә görә, mәn qırx yeddinci ildә doğulmuşam.
Bәlkә, İvan Fyodoroviçin özü yaddaşını itirib, ya da içib keflәnib?
Bu xoşsimalı yaşlı kişi içәndәn sonra yemәk yemir, nәdir? Bir
sözlә, bu hadisәdәn sonra heç kimdәn heç nә soruşmadım. Kim
bilir, doğma kәndimin tarixi, elәcә dә, öz keçmişim barәdә daha
hansı uydurma söhbәtlәr eşidә bilәrdim… Bu suallar xoşbәxt
kәndlilәri daha hansı epidemiyalara düçar edәr? Bir şey aydın
idi: bu mavi sәmanın altındakı kәnd, nә şәkildәsә, aviasiya ilә
әlaqәlidir. Hәlә uşaqkәn tez-tez başımı qaldırıb, sәmanın
әnginliyindә gümüşü iynә kimi görünәn, hava axınına qarşı
inadla mübarizә aparan tәyyarәlәri seyr edirdim. Tәyyarә yerә
güclә eşidilәn hәzin siqnallar göndәrirdi. Bu, әbәdi zәhmәtkeşlәr –
әkinçi vә sisәyin kәdәrli nәğmәsinin motivini xatırladırdı. Bilirdim
ki, tәyyarә Tehrana doğru uçur. Bu, hardan ağlıma gәlmişdi,
özüm dә bilmirdim. Ola bilsin, bәdәn tәrbiyәsi müәllimi Petya
Qridindәn eşitmişdim – o, reaktiv qırıcı tәyyarә pilotu idi. İlk
dәfә bu yaraşıqlı bәstәboy tәyyarәçini mәktәbdә parad formasında
görmüşdüm. Kәnardan baxanda Petya, Qaqarinә oxşayırdı. Mәnә

113
   108   109   110   111   112   113   114   115   116   117   118