Page 109 - pryaxin
P. 109
Xəzər yuxuları

görә, insanın gerçәkliklә tәması dәqiqәlәrlә, anlarla ölçülür (özü
dә bunlar әn yaxşı dәqiqәlәr deyil), insan gerçәkliyә dalıb, onun
içәrisindә üzmür; vaxtının çoxunu gerçәklikdәn kәnarda öz әqli,
xәyali dünyasında keçirir. Vaxt keçdikcә nişangah sıradan çıxır,
hәdәf gözündәn yayınmağa başlayır. Artıq müәyyәnlәşdirә
bilmirsәn: sәn günahkar bәndә olaraq hardasan: burada, yoxsa
orada? Bu dünyadasan, yoxsa o birisindә? Suyun üzündәsәn,
yoxsa dәrinә batmısan?

Dünәn telefonla xәbәr verdilәr ki, Mariya xala ölüb. Anamın
xalası qızı. Hәmin kәndli Karl Marksın – ilk oxucum, kәnd
kitabxanasından әn çox kitab alıb oxuyan Georgi Panteleyeviçin
arvadı. Mәni xüsusi redaksiya tapşırığı ilә yaradıcı ezamiyyәtә
göndәrәn Georgi Panteleyeviçdәn danışıram: “get bizdәn yaz..” –
mәni yan otağa yazmağa göndәrәndә belә demişdi.

Mәrhumu tәpәnin üstündә, qurumuş tozlu torpaqda dәfn
etdik: quraqlıq zamanı bizdә qәbiri bellә, külünglә yox, mәdәn
dәhlizi kimi, baltayla qazırdılar. Dayım Sergey Vladimiroviç
vәsiyyәt etmişdi ki, onu bacısının, yәni anamın yanında basdırsınlar.
Onu dәfn edәrkәn şitini-şorunu çıxardıq – anamın tabutunun yan
tәrәfi açıldı. Tabut sanki yenicә torpağa qoyulmuşdu, otuz il
әrzindә rәngi dә qaralmamışdı. Yәqin ki, zaman anamın quş
sümüyü kimi yüngül, müqqәddәs vücuduna da toxunmamışdı.
Dayımın tabutunu anamın tabutunun yanına qoyduq. Mәnә elә
gәlirdi ki, yeni evindә dayım, uzun yoldan gәlmiş adam kimi
rahat nәfәs alır: o, nәhayәt, öz doğma mәkanındaydı. Adi torpaqda
çürümә prosesi sәkkiz dәfә (alimlәrin dediyinә görә) yavaşıyırsa,
bizim Nikolo-Aleksandrovskda, yәqin ki, tamamilә dayanır. Bu
torpaqda uyumaqdan yaxşı nә ola bilәr: dayım boş yerә vәsiyyәt
etmәmişdi ki, cәsәdini yüz verst uzaqdan buraya gәtirsinlәr. O,
buradan uzaqlarda hәyata göz yummuş arvadının yox, bacısının
yanında dәfn olunmaq istәmişdi. Mariya xala – Allah onun o
dünyasını versin – әrindәn on yaş kiçik idi.

Heyif, Qusevlәr bu dünyada duruş gәtirmir.
Kök ata bilmirlәr.
Onları kökündәn qoparırlar – özü dә hirslә, acıqla.

109
   104   105   106   107   108   109   110   111   112   113   114