Page 107 - pryaxin
P. 107
Xəzər yuxuları
Bunlar knyaz, onun Peterburqdan gәtirtdiyi (oraya at, oradan
sürücü) avtomobil sürücüsü vә knyazın maşını idi.
Bütün bunlar hәmin yolayrıcında, bizim gәlәcәk evimizin bir
neçә addımlığında baş verirdi. Yolunu azmış knyaz kәndarası
yolla kәndimizә gәlib çıxmışdı. Düz yetmiş ildәn sonra hәmin
yolla anamla mәn quş fermasına gedib-gәlirdik.
Möcüzә… Amma әslindә maşın fәlakәtin biraddımlığında
dayanmışdı.
Hә, knyaz azmışdı. Şanqrıkdan – yerlilәr onun qardaşının
“Şanqrieyevka” adlanan malikanәsinә qısaca belә deyirdilәr –
qardaşıgildәn gәlәndә qaranlıqda yolu sәhv salmışdı. Maşının
fәnәrlәri dә kömәk etmәmişdi. Peterburqlu sürücünün isә, görünür,
quru adı varmış. Knyaz sürücünü Svyatoy Krestdәn vә ya
Arzgirdәn gәtirtsәydi, bu әhvalat başına gәlmәzdi… Yaxşı ki,
Qatçinaya aparıb çıxarmayıb.
– Bura Sinebuqrovkadır? – knyaz çәkinә-çәkinә onu әhatәyә
alan kütlәdәn soruşdu.
– Yox, nә danışırsınız, – kәndlilәrdәn biri hәsir şlyapasını
ehtiramla çıxırıb dedi, – Sinebuqrovka bax oradadır…
O, şlyapasıyla knyazın indicә gәldiyi sәmti göstәrdi. Knyaz
gülümsünüb kәndlinin şlyapasına beşmanatlıq әsginas atdı. Bunu
yalnız sonra, kerosin lampasının işığında gördük.
Amma qoca kәndli köhnә kazak üsulu ilә – әliylә yoxlayıb
başa düşmüşdü ki, knyaz onun şlyapasına xeyli pul atıb. O,
sevinmәyә macal tapmamış, kütlәnin içindәn bir qarı çıxdı,
qocanı qamarlayıb “hadisә yeri”ndәn uzaqlaşdırdı.
Sonradan mәlum oldu ki, knyaz qardaşıgildәn gәlmirmiş. O,
qarşısındakı mәnzәrәni görüncә qәhqәhә çәkib gülmәyә başladı.
Belәcә, Nikola camaatı ilk dәfә maşın gördü. Hәrdәn
fikirlәşirәm ki, görәsәn, bu hadisәylә ondan sonra baş verәnlәr
arasında hansısa bağlılıq varmı? Dediyim kimi, kәndimizin XIX
vә XX әsrlәrlә görüşü mәhz bizim evin hәndәvәrindә baş
tutmuşdu. Bildiyimә görә, mәnim naxırçı babalarımdan biri kiçik
Şan-Gireyin işlәr müdiri tәyin olunubmuş – bәlkә dә, bu fakt
onunla bağlıdır. Yeri gәlmişkәn, Lermontovun sonradan mәşhur-
107