Page 105 - pryaxin
P. 105
Xəzər yuxuları
O, mәhz “Sinebuqrovka” dedi. Nәzәrә alın ki, әt kombinatının
direktoru Mişa bu yerlәrdәn idi! Mәn әyalәtin gәnclәr qәzetindә
işlәyәn vaxtlarda Sinebuqrovka hәlә yerindәydi: burada cәmi üç
daxma vә bir ferma qalmışdı.
Hәtta bu kәnd haqqında mәqalә dә yazmışdım. Amma indi
tәpәlәrin arasındakı çökәklikdә heç nә gözә dәymir. Yalnız vaxtilә
burada hiss etdiyim sәrinliyin kәdәrli xatirәsi qalıb. Hәr şey bu
mavi әnginliyә qarışıb, yox olub.
Bizi yavaş-yavaş torpaq aparır, torpağın özünü isә dibsiz
mavi sәma.
***
Qaldığımız yerdәn davam edәk. Demәli, Sinebuqrovka (Vasili
Petroviç Roslyakovun dili ilә desәk) tәrәfdәn Nikola kәndinә
sarı iki ulduz gәlirdi. Sanki sәmadan qovulmuş kimi ürkәk-
ürkәk, asta-asta kәndә yaxınlaşan ulduzların önündә konusvarı
iki tor gözә dәyirdi. Gözqamaşdıran işıq gah hansısa daxmanın,
gah ağacın üstünә düşür, gah da Nikolanın bir neçә hәyәtini
birdәn nura boyayırdı. Elә bil kimsә yumurtlayan qazı tumarlayırdı.
Әn ürәkli kәndlilәr bu möcüzәni, bәlkә dә, fәlakәti lәyaqәtlә
qarşılamaq üçün küçәyә çıxmışdı. Çöllükdә od-ocağa hәmişә
mistik çalar verilir. Bu insansız, ucu-bucağı görünmәyәn mәkanda
işıq başqa hәyatdan gәlәn cazibәli siqnal kimi qәbul edilir. Ya da
elә hәyatın özü kimi. Anam quş fermasında növbәtçi qaldığı
gecәlәrdә mәn dәrsdәn sonra evә yox, onun yanına gedirdim.
Qaranlıq, boş, mәhzun görkәmli evimizin yanından keçib, qarda
anamın açdığı çığırla bu çöllükdәki yeganә işıq gәlәn yerә üz tu-
turdum: anam gecәlәdiyi daxmanın pәncәrәsi önünә hәmişә
kerosin lampası qoyurdu. Bu, qarovulçular üçün tikilmiş daxma
idi, quşabaxanlar ümumxalq sәrvәtini burada qoruyurdu.
Çöllüyün özü qәdәr böyük olan bu göyün altında, torpağın
üzәrindә xırçıldayan qarın sәsindәn dә ürkәn on yaşlı oğlan üçün
bu işıqdan doğma, mәhrәm heç nә ola bilmәzdi. Başımı qaldırıb
ulduzlara baxmağa belә ürәk elәmirdim, mәnim üçün yolgöstәrәn
105