Page 103 - pryaxin
P. 103
Xəzər yuxuları

bağlı artıq dәrәcәdә rica edirik, kәndimizin “Novo-Romanovka”
adlandırılmasına icazә verәsiniz…”

Göründüyü kimi, burada da hökmdarın adı keçirdi…
Fikir verin, mәktubda “nalayiq lәqәb”in özünü yazmamışdılar!
Yәni özünüz başa düşün! Kәndlilәr çalışırdı ki, nәcib hökmdarın
gözü-qulağı ağır sözlәr eşidib-görmәsin. Belә axmaq olar? –
onlar әsl söz xiridarı idi. Qoqol vә Belinski sәviyyәsindә. Düzdür,
söz xiridarları hәmişә bir az axmaqdır – Vәtәnin bütün digәr
axmaqlarının eyibini örtürlәr.
Doqquz yüz beşinci il idi… Mәğlubiyyәtlәrin sayı artdıqca
insanların vәtәnpәrvәrlik hisslәri daha da alovlanırdı. Nahiyә
mirzәlәrindәn tutmuş, söz xiridarlarına vә axmaqlara qәdәr.
“Dudakovka” adını tam götürmәdilәr. Çarizmin lәğvinә cәmi
on iki il qalmış hökmdarın adını alan kәndin yaxınlığındakı kiçik
qәsәbәni “Dudakovka” adlandırmağa başladılar. Bu qәsәbәyә
gәlәndә beş yaşım olardı. Öküz arabasında yol gedirdik. Arabaya
un yüklәnmişdi – mәncә, şәhәrdәn, dәyirmandan gәlirdik. Şәhәrdәn
Nikolaya aparan әn kәsә yol isә (on yeddi kilometr) Dudakovkadan
keçirdi. Arabada üç nәfәr idik – anam, onun rәfiqәsi vә mәn.
Yox, deyәsәn, bazardan gәlirdik: oraya un satmağa getmişdik.
Amma unun hamısını satıb-qurtara bilmәmişdik. Yaxşı yadımdadır:
qadınlar qorxurdu ki, kimsә at arabasında arxadan yetişib bizi
soya bilәr. Onlar öküzlәri haylayır, çubuqla vururdular, amma
heyvanların vecinә dә deyildi: әvvәlki qaydada, yaslana-yaslana
yeriyirdilәr. Elә bu vaxt qoşaatlı bir araba yaxınlaşdı. Arabadakı
sәrxoş kәndlilәr bizi qamçıyla tәhdid etmәyә başladılar. Anam
dәrhal mәni әtәyinin altında gizlәtdi. Qadınlar әmәlli-başlı
qorxsalar da, özlәrini sakit, tәmkinli aparmağa çalışırdılar. Amma
öküzlәr sәrxoş kәndlilәrin hoqqalarına dözmәk fikrindә deyildi:
onlardan biri, “Pan” adlı qoca öküz opera müğәnnisinin boynuna
oxşayan yoğun boynunu hirslә oynadaraq, fil sümüyü kimi
cilalanmış buynuzu ilә atın qarnına möhkәm bir zәrbә ilişdirdi.
At arabaçının söyüş-tәhdidlәrinә mәhәl qoymadan yerindәn
götürüldü, arabanı da, yanındakı atı da, demәk olar, sürüyüә-
sürüyә bizdәn uzaqlaşdırmağa başladı. Arabadakı sәrxoş kәndlilәr
az qala kәllә-mayallaq gedәcәkdilәr.

103
   98   99   100   101   102   103   104   105   106   107   108