Page 115 - pryaxin
P. 115
Xəzər yuxuları
***
Qohum-әqrәbamın hakimiyyәtlә yola getmәdiyini deyә
bilmәrәm, amma onlar nә şәkildәsә yuxarılara mane olurdu.
Orduda vicdanla xidmәt edir, tәr tökür, zәhmәtlә yaşayır, amma
yenә dә kimlәrәsә әngәl olurdular. Xalqın müdrik başbilәnlәri,
istisnasız olaraq, hamını vә hәr kәsi, o cümlәdәn dә mәnim bәxt-
siz babalarımı hәr zaman xoşbәxt elәmәk istәsәlәr dә bizimkilәr
onların istәyini başqa yerә yozurdu. Xoşbәxt dünyaya ayaq basa
bilmirdilәr. Çiyinlәri mütәnasib deyildi, әllәri qarmağa bәnzәyirdi –
odur ki, tez-tez onların hansısa orqanlarında düzәlişlәr etmәk,
bәzәn isә hamıyla birgә xoşbәxt dünyaya salmaq üçün arxalarından
tәpik ilişdirmәk lazım gәlirdi.
Elә Morşanskı götürәk.
Mәnә Morşansk haqqında Melanya nәnә danışmışdı. Bu
koloritli qarıdan – anamın xalasından yuxarıda danışmışam.
Ucaboylu, irisümüklü, üst-başı sovxoz-kolxozun (bura әvvәlcә
kolxoz, sonra sovxoz olmuşdu, amma camaatın vәziyyәti yaxşılığa
doğru dәyişmәmişdi) solyar yağı qoxuyan traktorçu әri ilә birgә
Melanya nәnәyә heyran idim. Melanya nәnә traktorçu әrinin
әllәrini buxarda isidәrәk, qaşıyıb-tәmizlәdikdәn (sanki bu әllәrin
yeganә sahibi o idi) sonra әri әllәrini stolun üstünә qoyub axşam
yemәyini gözlәyәrkәn, Müqәddәs İoanna oxşayırdı. Әr-arvad
canbir qәlb yaşayırdılar, birlikdә beş uşaq böyüdüb boya-başa
çatdırmışdılar: üç oğul, iki qız. Qızlardan biri – Nüsya mәnim
xaç anam idi. Anginadan әziyyәt çәkdiyim vaxtlarda tez-tez
kәndin o başında yerlәşәn evlәrinә pәnah gәtirirdim. Çünki anam
gah çöl işlәrindә, gah da fermada çalışırdı deyә çox vaxt evdә tәk
qalmalı olurdum. Melanya nәnәgilә gedәndә, gündüzlәr qarı ilә
tәk qalırdıq – oğlanları orduda xidmәt edirdi, qızları isә, xaç
anam da daxil olmaqla, tez әrә getmişdilәr. Qarı mәnә tez-tez
Morşansk adlı cәnnәtdәn söz açırdı. Özü heç vaxt Morşanskda
olmasa da. Amma burada qәribә heç nә yoxdur: әn gözәl, füsunkar
115