Page 122 - pryaxin
P. 122
rgi Pryaxin
yerindә isә qırmızı kәrpicdәn mәktәb binası tikdilәr. Mәktәb
belә dә adlanırdı: “Qırmızı mәktәb”. “Qırmızı meydan” kimi.
Müqәddәs atanı isә sürgünә göndәrdilәr. Düzdür, bir neçә ildәn
sonra keşiş sürgündәn qayıdıb Stavropolda, yerli yeparxiyada
işlәmәyә başladı.
– Biz morşansklıyıq! – Melanya nәnә çәnәmin altından tutub
başımı yuxarı qaldırır, Marina Antonovna Denikina kimi, gözünü
sübhçağının dumanı çökmüş qara gözlәrimә zillәyirdi. Uşaq
olsam da, onun gözlәrinin ifadәsindәn zәrrә qәdәr dә qorxmurdum.
Bәzi mәlumatlara görә, morşansklılar baş götürüb doğma
yurdu tәrk edәndә, hәlә tәhkimçilik hüququ lәğv olunmamışdı.
Onlar o qәdәr uzağa qaçmışdılar ki, mәsәlәn, Noqay çölündә
doğulmuş Melanya öz әcdadlarının yurduna, doğma vәtәninә
bircә dәfә dә olsun, baş çәkmәmişdi. Ümumiyyәtlә, bizimkilәrdәn
heç kәs Morşanska getmәmişdi. Bunu vaxt azlığı vә ya pul
çatışmazlığı ilә izah etmәk olmaz. Görmәdiklәri yerin hәsrәti ilә
yaşayırdılar, amma oraya getmirdilәr: sanki yenidәn kölә vәziyyәtinә
düşmәkdәn qorxurdular. Ancaq burada da, Rusiyadan kәnarda da
rahatlıq tapmamışdılar. Deyәsәn, Noqay çölünә ilk gәlәn Melanya
nәnәnin babası, demәli, mәnim ulu babamın babası olub. İlk dәfә
cәnuba üz tutan o olub. Ola bilsin, Don tәrәflәrә qaçmaq istәyirmiş –
mәlum olduğu kimi, oradan qaçqınları qaytarmırdılar – amma
Terekә gedib çıxıb. Uzun illәrdәn sonra ailәsinin – iki uşağının
vә arvadının arxasınca Morşanska qayıdıb. Görünür, artıq boğaza
yığılıbmış, dözә bilmirmiş.
Kişi Morşanska qayıdan yeganә adam olub, o da qısa müddәtә.
Melanya nәnә danışırdı ki, o, ailәsinin arxasınca “xvayton”da
gәlibmiş. Bu zaman diqqәtlә üzümә baxırdı: görsün inanıram,
yoxsa yox?
Әlbәttә, inanırdım, baxmayaraq ki, artıq uşaq yaşından
çıxmışdım. İnanırdım, çünki, lәnәt şeytana, Qusevlәr yer üzündә
tәkcә öküz, at, dәvә, tank-traktor, lap elә geniş yayılmış “on bir
nömrә” ilә deyil, “xvayton”la da dolaşmağı bacarırlar!
Yәqin ki, faytonun gәlişi Morşansk kәndindә görünmәmiş
hadisә, möcüzә kimi qarşılanıb. Türkmәn knyazı Musanın maşını
bizim kәndә gәlәndә vә ya qәbiristanlığın yaxınlığında tәyyarә
122