Page 130 - pryaxin
P. 130
rgi Pryaxin

üçün xeyli vaxt sәrf etmәliydim. Bu halda, Moskvaya yalnız
gecәyarısı çatacaqdıq.

Amma axtarmaq lazım gәlmәdi.
Yolu dönәn kimi şam meşәliyinin içinә düşdük. Nәhәng
gövdәli, hündür ağaclar bir-birindәn aralı bitmişdi, ona görә dә
özünü geniş, işıqlı bir mәkanda hiss edirdin. Maşını saxlayıb, bir
az gәzişdik. İynәyarpaqlı ağacların skipidar qoxusu әtrafa
yayılmışdı. Bir az irәlilәdikdәn sonra nә görsәk yaxşıdır: “Malinino”
işarәsi… Kәndarası yola düşüb getmәyә başladıq: sanki Melanya
nәnә qabağa düşüb bizә yol göstәrirdi.
Malininoya girdik. Döngәli-dalanlı geniş küçә yaşıl çaya
bәnzәyirdi, çayın iki sahili boyu şam ağacından tikilmiş daxmalar
sıralanmışdı. Yolu ot basmışdı: görünür, gәlib-gedәn az idi, ot
çox tapdanmırdı. Bәzi daxmaların divarı yarıyacan kәrpicdәn
hörülmüşdü. Allaf dükanı. İkimәrtәbәli tikili. Әvvәllәr qala
divarlarının hörgüsündә istifadә olunan kәrpiclәr ovulub öz
tozuna bulaşaraq, saçını kәpәk basmış qocaları xatırladır. Tikilinin
qarağacdan olan damı qupquru quruyub, bәzi yerlәri qopub-
tökülüb. Adama elә gәlir ki, indicә sürüşüb düşәcәk.
Hә, şam ağacından tikilmiş daxmalar, doğma qoxu… Burada
çox rahat nәfәs alırsan: bütün dәlmә-deşiklәrdәn içәriyә hava
vurur.
– Qızım… – arxaya döndüm.
Melanya Longinovna, dünәnki bayramdan sonra yorulub
yatan adama necә barmaq silkәlәmәyәsәn?.. Hә? Dik tutduğum
barmağımı fıshafısla yatan qızımın düz burnuna yaxınlaşdırdım.
– Nә istәyirsәn? – Qızım tәnbәl-tәnbәl sağ gözünü açdı.
Onun gözündә iki ifadә vardı.
Şübhәsiz, biri anadangәlmә biz morşansklılara xas laübalı
ifadәydi. İkincisi qısa, konkret ifadәydi: buyur bax, bu da bizim
vәtәnimiz.
Yatan adamı silkәlәyib oyadın vә qulağına bağırın: biz – fi-
lan-beşmәkan. Nәticәsini özünüz görәcәksiniz.
Bir sözlә, yuxudan kal duran qızımın üz-gözündәn narazılıq

130
   125   126   127   128   129   130   131   132   133   134   135