Page 128 - pryaxin
P. 128
rgi Pryaxin
***
Bunu çox-çox illәrdәn sonra gördüm. Hәm özümün, hәm
Melanya nәnәnin, hәm dә o vaxtdan bu yana adları, atalarının
adı unudulub getmiş insanların әvәzinә gördüm. Bir dә Qusevlәrin
başını götürüb getdiyi yerlәrdә olmağı arzulayan, amma gedә
bilmәyәn qohumlarımın әvәzinә.
“Qusevlәr” deyәndә ruslar nәzәrdә tutulur.
Şübhәsiz, biz әvvәllәr dә Rusiyada olmuşuq, әlbәttә ki,
olmuşuq. Mәsәlәn, әlli beşinci ildә pioner dәstә rәhbәri bizә –
balacalara danışırdı ki, yayda Rusiyaya, düz Moskvayacan ge-
dib-çıxıb.
Bilirsiniz, onu әn çox heyrәtlәndirәn nә olmuşdu?
Çar topu?
Metro?
Yox, Ryazanın dәmiryolu stansiyalarında ayağıçarıqlı qadınların
qatara yaxınlaşıb yemәli şeylәr satması.
Biz tәrәflәrdә belә şeylәrә rast gәlmәzdin. Әn azından, ona
görә ki…
Bizsә hәlә dә Rusiyaya ümid edirik! – Bizdәn cәmi bir-iki
yaş böyük olan qızın gördüklәrindәn çıxardığı ibrәt bu idi.
Mötәrizәdә qeyd edim ki, düzdür, indinin özündә dә ona heç
kim ümid bәslәmir – istәr әyalәtdә, istәrsә dә mәrkәzdә.
Bir sözlә, Rusiyada olmuşuq, olmuşuq, amma gedib-çıxmamı-
şıq.
Beş il bundan әvvәl “Volqa”da Tarxandan Moskvaya gedirdim.
İyul. Yağış elә yağır, ucundan tut, göyә çıx. Yol getdiyin yerdә
maşın birdәn-birә sürәtini itirir, tәkәrlәr yarıyacan palçığa batır.
Elә bil eşşәkarısı “antonov” almasına ilişib qalır. Amma iyirmi-
iyirmi beş dәqiqәdәn sonra növbәti dәfә yuyulub-tәmizlәnmiş,
gümüşü rәngi ilә gözoxşayan “Volqa” әsarәt zәncirindәn qurtulub-
muş kimi sürәt yığıb irәliyә şığıyır. Bu zaman yağış heç bir zәrәr
görmür: arxa güzgüyә baxanda görürsәn ki, onun adi memarlıq
әnәnәsinә zidd olaraq, baş-ayaq dayanmış qәsri yerindәdir, heç
bir uçuq-söküyü yoxdur.
İrәlidә isә günәş gözlәrini qamaşdırır, sanki o da sәnә doğru
tәlәsir – sürәti iki dәfә artırmaq gözәl effekt doğurur.
128