Page 94 - pryaxin
P. 94
rgi Pryaxin

qışlayıb mәxmәr qanadlı kәpәnәklәrә çevrilmәk ümidi ilә gecә-
gündüz çalışırdı) işlәyәrkәn hıqqınır, tәr tökür. Hәyatda qәribә
şeylәr olur: domba gözlәrini bәrәltmiş, jeleyәbәnzәr iyrәnc
mәxluq az qala ağzını marçıldada-marçıldada әtirli yarpaqları
içәri ötürür vә onları daha gözәl şeyә – ipәyә çevirir. İpәk dә, öz
növbәsindә, әrә getmәyә (sözsüz ki, bәxti gәtirәnlәrә) hazırlaşan
gözәllәrin әynini bәzәyir…

Burada ağ tut da bitir, meyvәsi nisbәtәn kiçik olsa da, çox
şirindir – qara tut kimi üzüm tamı vermir. Onun zәrif, şirәli
yarpaqları ilә qidalanan barama qurdunun hazırladığı ipәyә söz
ola bilmәz. Әn yaxşı ipәkdir. Bu ipәkdәn ötrü ayağısürüşkәn
qızların ürәyi gedir.

Ağaclara da vergi qoyulmuşdu deyә hәyәtimizdәki meyvә
ağaclarının hamısını kәsmişdilәr. Akasiya vә qarağaclardan savayı.
Qarağac yalnız bizim hәyәtdә, özü dә düz mәn yatan otağın
pәncәrәsi önündә bitirdi. Yuxudan ayılıb pәncәrәyә baxan kimi
qarağacları görürdüm. Konusşәkilli gövdәsi göyә ucalan qarağac
hәr sәhәr mәni tәnәkә kimi sәrt yarpaqlarının titrәyişi ilә
salamlayırdı. Balıq pulcuqlarını xatırladan yarpaqlar xışıldayır,
asta-asta yırğalanan ağac sanki göz önündәcә böyüyürdü. Elә
bilirdim, mәn dә ağacla birgә böyüyürәm. Axşamlar qarağac
olduğundan da böyük görünürdü. Gecәlәr ayılıb pәncәrәdәn çölә
baxanda, qatı qaranlıqda heç nә sezmәk olmurdu. Yalnız köpüklü,
zәrif dalğaların çıxardığı sәsәbәnzәr bir xışıltı, qımıldanma hiss
edilirdi. Yәqin ki, külәksiz havalarda dәniz dә özünü belә aparır.
Bu sәslәr gecә saatlarında sirli-sehrli örtük kimi, evimizin rahat-
lığını qoruyurdu.

Әslindә, qarağaclar elә dә böyük deyil. Uşaqlıq vaxtlarında
da, indi dә, ağacların gövdәsini qucaqlayanda әlim әlimә çatır:
bәlkә, onlarla birgә böyüdüyümә görә? Amma ağaclar çox qәdd-
qamәtli idi, sanki hansısa sehrli qüvvә onların çәtirindәn tutub
göylәrә sarı dartırdı. Onların tәpәsi havadan asılmış iki saat
kәfgirini xatırladırdı. Ağacların çәtiri yaraşıqlı, hәssas qadın
bәdәni kimiydi: oxşanmağı, әzizlәnmәyi sevirdi. Meh әsib quş
uçanda belә, ağacların çәtiri hәrәkәtә gәlir, bütün gövdәsi titrәyirdi.
Yaz aylarında ağacların budağından hamaşçiçәyinә bәnzәr zәncirәlәr

94
   89   90   91   92   93   94   95   96   97   98   99