Page 93 - pryaxin
P. 93
Xəzər yuxuları

***

Belә de… Sözün düzü, bu çöllükdә, yarımsәhra әrazidә nә
palıd ağacı bitirdi, nә dә qarağac. Yovşan, dәvәtikanı vә “qızıl”
tikanlı kolluqlarla örtülmüş bu torpaqlarda palıd ağacı necә bitә
bilәrdi? Hә, bu kol bitkisi belә dә adlanır – “qızıltikan”. Bu kiçik
bitkinin nazik, amma şirәli gövdәsi yayın ortalarında başdan-ba-
şa tikanlarla örtülür. Qızılı-sarı rәngli tikanlar o qәdәr sәrt, iti
olur ki, elә bil dәmirçixanada düzәltmisәn. Әvvәlcә tikanlar yaşıl
mumdan düzәldilmiş kimi görünür, amma günәş istilәndikcә,
yayın sonlarına doğru xalis qızıldan tökülmüş xırda mismarı xa-
tırladır. Onlardan gen gәzmәk lazımdır – dabanına, әlinә vә ya
başqa bir yerinә batdısa, bәdәnindә әlavә deşik açacaq.

Çöllükdür deyә burada qarağac da bitmir. Özü dә Rusiya,
hәlә ki, Avropa deyil. Kәnddә ikicә dәnә qarağac var, ikisi dә
mәnim evimin yanında bitib. Hәyәtdә – küçәdә yox, düz
pәncәrәmin önündә. Hәyәtdә başqa ağaclar da var. Nәhәng,
qoca, әyri-üyrü tut ağacı bax o qollu-budaqlı palıd ağacını
xatırladır. Onun çәtirindә azmaq olar. Bütün günü budaqdan-
budağa keçә, tırtıl kimi uzanıb yata bilәrsәn. Xoş әtirli, bal kimi
lәzzәtli qara tutdan yemәklә doymazsan. Tut bizә qәribә dad
verәn ekzotik gilәmeyvәni, ağacın başında mәskәn salmış quşlar
(onları daşla da qovmaq mümkün deyil) üçün isә, yәqin ki, iri,
tüklü, yağlı tırtılı xatırladır: quşlar yediklәri “tәam”ın heyvan,
yoxsa bitki mәnşәli olduğunu da kәsdirә bilmir. Tut ağacının
yarpağı üçün sinov gedәn barama qurdu yada düşür. Barama
qurdu dayanıb-durmadan tut ağacının enli, mәxmәr kimi yumşaq
yarpaqlarını gәmirir, nazik, amma son dәrәcә möhkәm – ondan
paraşüt burazı belә düzәldirdilәr – ipәk sap “ifraz” edir. Barama-
çılıqla mәşğul olduğumuz vaxtları yaxşı xatırlayıram. Analarımız
bizi İ.V.– nın göstәrişi ilә әkilmiş tut ağaclarının yarpağını
yolmağa göndәrirdi. Qocalar vә qarılar gecә-gündüz barama
qurdlarını yemlәmәklә mәşğul idilәr. Nikolskaya kәndindә barama
qurdu saxlamayan ev yox idi: adama elә gәlirdi ki, yaşıl tut
yarpaqlarını “әyirib” özünә yuva quran qurdlar (onlar bu yuvalarda

93
   88   89   90   91   92   93   94   95   96   97   98