Page 87 - pryaxin
P. 87
Xəzər yuxuları

әlaqә saxlaya bilir: ayaqları yerimir, amma bir dәfә dә olsun, onu
çarpayıda uzanan görmәdim – hәmişә evin qabağındakı skamyada
oturub gözlәyәrdi. Bәlkә dә, mәni gözlәmirdi: öz qohum-әqrәbası
da az deyildi, bütün vilayәtә sәpәlәnmişdi.

Xaç anamın üzәrimdә haqqı çox idi: onun evindәki kәrpic
sobanın üstündә dünyaya gәlmişdim. Anam ayaqla kәndin o
başında yerlәşәn dogum mәntәqәsinә getmәk istәyib, amma
gedib çata bilmәyib, tәntiyib. Qohumu Nüsya Rudakovanın
daxalına yetirib özünü. Elә buradaca, isti rus sobasının üstündәki
yatağa uzanaraq, yükünü yerә qoyub. Uşağı, tәbii ki, әllәrini
manqan mәhlulu ilә tәrtәmiz yumuş Nüsya tutub. Belә olan
halda, mәnim xaç anam kim olmalıydı? Hәr dәfә gәlәndә mütlәq
mәni yarıyacan torpağa batmış daxmasına aparır. Әslindә mәn
onu aparıram – qolundan tutub yerimәyinә kömәk edirәm, o isә
çәliyi ilә istiqamәti müәyyәnlәşdirir. Sonra mәni sobanın yanına
gәtirir. Sobanın odluğu bir otaqdadır, ocaq sәkisi isә o biri otaqda.
Daxmaya girәndә әyilә-әyilә yerimәli oluram, çünki hәr addımda
çatı tirinә ilişmәk tәhlükәsi var. Bu tirlәr arıq-quru qocanın
qabırğalarını xatırladır… Hәr dәfә yazbaşı, Pasxaya hazırlaşanda
Nüsya yatağından qalxıb sobaya vә ocaq sәkisinә әl gәzdirmәsәydi,
hәr şey çoxdan uçulub-tökülәrdi. Ocaq sәkisini gillә suvayırdı,
özü dә at peyini ilә qarışdırılmış gillә. Bu “cavanlaşdıran” palçıqla
suvanmış ocaq sәkisi hәr il yenilәnir. Toxunanda hiss edirsәn ki,
elә bil nәfәs alır. Qızdırır. Lap istilәnәndә madyan iyi verir.

Nüsyanın hәyәtyanı sahәsindә başqa bir ev dә var – yaxşı
evdir, bütün şәraiti var. Onun fermerlik edәn, banklardan aldığı
kreditlә birtәhәr başını girlәyәn böyük oğlu bu evi min bir
әziyyәtlә tikib başa çatdırmışdı. Qamışla örtülmüş köhnә daxal,
öz qәdim sobası ilә birgә, bu geniş kәnd hәyәtinin gözündә
itdirsәyi kimi görünürdü. Böyük oğul dәfәlәrlә anasını bu evә
köçürmәyә cәhd etmiş, daxalı uçurmaq istәmişdi. Yüz iyirmi
kiloluq kişi bircә dәfә çiyni ilә itәlәsәydi, daxma qovulub әldәn
salınmış yabı kimi yerә sәrilәrdi. Amma Nüsya iki ayağını bir
başmağa dirәmişdi, daxalı tәrk etmәk istәmirdi.

87
   82   83   84   85   86   87   88   89   90   91   92