Page 77 - pryaxin
P. 77
Xəzər yuxuları

arxasında necә yad edirlәr. Onlar hәyatda olduqlarına görә
mәmnun idilәr, çünki hәyat nә qәdәr bәrbad olsa da, ölümdәn
yaxşıdır. Bundan başqa, oturub hәm dә görüşü qeyd edirdilәr:
Sergey dayı lap uzaqdan, buruqdan gәlmişdi, özünü dәfnә güclә
çatdırmışdı… Yәqin ki, süfrә arxasında Sergey dayı ilә İvan
dayının cәbhәdә görüşünü dә xatırlayırdılar… İvan Nikanoroviç
cәbhәdә generalın sürücüsü imiş, bir gün onlar Sergeyin xidmәt
etdiyi hәrbi hissәyә gәliblәr. İvan qәrargah növbәtçisinin kömәyi
ilә qohumunu öz yanına çağırıb. Rәsmi qaydada. Sergey dayı
başılovlu “pakkard”ın yanına qaçıb. Generalın qızılı paqonlu
şineli maşındaymış. İvan Nikanoroviç opera mügәnnilәri sayağı
şineli çiyninә atıb, maşından çıxıb. İyirmi yeddinci ildә doğulmuş
Sergey cәmisi bir hәftәymiş ki, әsgәrliyә çağırılıbmış. O, İvan
Nikanoroviçin çiynindәki paqonları görәn kimi dili tutulub,
ikimetrlik boyu ilә “general”ın qarşısında “farağat”vәziyyәtindә
dayanıb. İvan Nikanoroviç ağır-ağır ona yaxınlaşıb, yuxarıdan-
aşağı süzәrәk deyib:

– Nәdir, canlı general görmәmisәn?
– Görmәmişәm, – Sergey sәmimi-qәlbdәn etiraf edib.
– Yaxşı, tez ol, tez ol! – İvan Nikanoroviç tәşәxxüslә әmr
edib. – Min maşına!
İvan Nikanoroviç orduya qırx dördüncü ildә çağırılmış
Sergeydәn fәrqli olaraq, çox şeylәr görmüşdü, tәcrübәsi maşında
gәzdirdiyi general-leytenantdan az deyildi. O, anadangәlmә ko-
mandir idi. Polina Andreyevnadan savayı, bir sözünü iki elәyәn
yox idi. Doğrudur, qırx beşinci ildә Polina Andreyevna hәlә İvan
dayı ilә tanış deyildi, beşinci sinifdә oxuyurdu. Onun yaşadığı
kәnd, demәk olar, bizim kәndә birlәşmişdi.
Sözün qısası, arıq-quru, iki metr boyu olan Sergey dayı
sakitcә onun arxasınca gedir. Sürücü-traktorçu-kombaynçı-qazmaçı
Sergey dayı indi İvanı körpә uşaq kimi qucağına götürә bilәr,
amma onda әyilә-әyilә generalın arxasınca düşmәli olur. Onlar
daş-qaş qutusu kimi bәzәkli maşına әylәşirlәr, İvan Nikanoroviç
nikelli açarla maşının sandıqçasını açıb oradan tünd rәngli ermәni
konyakı – “kaveveka” çıxarır. Qıvraq, öyrәncәli hәrәkәtlә şüşәnin
tıxacını açır, sandıqçadan götürdüyü iki iri stәkana (general
olanda nә olar, o da insandır) konyak süzür.

77
   72   73   74   75   76   77   78   79   80   81   82