Page 76 - pryaxin
P. 76
rgi Pryaxin

Nә isә, mәni hәmin otağa göndәrdilәr vә az qala ikona kimi
qorunan, üstünә bәzәkli örtük salınmış “Riqonda” radiolasının
(kәnddә televizorlar beş-altı ildәn sonra peyda olacaqdı) yanında
әylәşdirdilәr. Bir sözlә, yaradıcı ezamiyyәtә göndәrdilәr. Kim nә
deyirsә-desin, Rusiyada yazıçı olmaq sәrfәlidir: sәnә isti, rahat
yerlәr axtarıb tapırlar, bu, hәtta Kolıma da ola bilәr.

– Get, orada otur, yaz, sonra bizә dә oxuyarsan, – Georgi
Panteleyeviç mәni bu sözlәrlә yan otağa ötürdü.

Demәk asandır! Radiolanın yanında oturmuşdum, tәcili nәsә
fikirlәşib yazmaq lazım idi.

– Nә barәdә yazım? – beş dәqiqәdәn sonra rus әdәbiyyatı
ruhunda, yalvarışlı sәslә soruşdum.

– Bizdәn yaz, – dayım örtülü qapının o tәrәfindәn sәslәndi, –
yarım saat vaxtın var.

Hәr şey uyğun gәlir – oturdub nә barәdә yazmaq olduğunu
başa salırlar. Özümüz barәdә. Yarımca saata. Bütün rus әdәbiyyatı –
tezbişirәn qazandır: at, gözünü yum-aç, çıxar. Bu, sizә nә kor
Homerdir, nә dә axsaq Bayron. Burada hamı görür, yeriyir. Hamı
zirәkdir, diribaşdır. Hamı gәrgin düşüncәlәrә dalıb, bunsuz olmaz.
Amma ciddi müәyyәn olunmuş vaxtda: yarım saata. Vaxt çox
olsa, Allah elәmәsin, bәşәriyyәtin vә özünün taleyinә görә gәrgin
düşüncәlәr onu yorub әldәn sala bilәr.

Qәlәmi әlimә aldım. Mәnә elә gәlirdi ki, dayılarım, hәtta
araq içmәyi vә söyüş söymәyi dә dayandırdılar. Doğma vә ögey
rus әdәbiyyatı, elәcә dә dövri mәtbuat mәnim bu böyük hәvәsimi,
görәsәn, necә qiymәtlәndirәcәk?

***

Yazdığım mәtni xatırlamıram: necә olmasa da, qırx ildәn çox
vaxt keçmişdi. Yalnız o yadımdadır ki, qapının o üzündә baş
verәnlәr barәdә yazmışdım: süfrә arxasında dayılarım necә oturur,
neylәyir; mәnim yaslı-yaralı dayılarım uşaqları necә yerbәyer
elәmәyә çalışır vә bu zaman bәxtsiz bacıları Nastyanı araq süfrәsi

76
   71   72   73   74   75   76   77   78   79   80   81