Page 74 - pryaxin
P. 74
rgi Pryaxin

***

– Nәçi olmaq istәyirsәn? – dayılarımdan әn savadlısı, sovxozun
tәmir dәstәsinin briqadiri Georgi Panteleyeviç ayağının birini
götürüb, birini qoyurdu. O, çalsaçlı, sakittәbiәtli, qohumların
arasında ağıllı-dәrrakәli adam kimi ad çıxarmışdı, mәnә verdiyi
sualabәnzәr mücәrrәd mәsәlәlәri hәll etmәyin yolunu bilirdi. Bir
müsbәt tәrәfi dә vardı: mәsәlәn, süfrәyә әylәşәnlәrin hamısı
içmişdi, Jora dayı isә qarşısındakı stәkana әlini dә vurmamışdı.
Yanında oturan sәhvәn onun arağını da başına çәkә bilәrdi.

Yaxşı bilirdim ki, dayılarımdan heç biri mәnim yazıçı olmağım
üçün can yandırmayacaq, ona görә yox ki, bu qәdәr adamın
içindә kәnd kitabxanasına baş çәkәn yalnız bir nәfәr vardı, yәqin,
başa düşdünüz, söhbәt kimdәn gedir. Stolun üstündәki arağı,
müvәqqәti dә olsa, yadından çıxaran adam, şübhәsiz, ya kәnd
ambulatoriyasının, ya da kәnd kitabxanasının müştәrisi olmalıdır.
Yeri düşmüşkәn, bu müәssisәlәrin ikisi dә bir binada yerlәşirdi
vә bir nәfәr tәrәfindәn idarә olunurdu. Ambulatoriya da, kitabxana
kimi, yalnız baş nahiyәsi üzrә ixtisaslaşmışdı vә başqa heç bir
dәrd-bәlanı xәstәlik saymırdı. Sonralar İvan Nikanoroviç bu
yanaşmanın nәticәlәrini dadmalı oldu. Bundan başqa, mәlum
olduğu kimi, kәnddә oturub yazıçı olmaq çәtindir, buralar fiziki
әmәyin meydanıdır, zehni әmәklә әsasәn şәhәrlәrdә vә şәhәr
tipli qәsәbәlәrdә mәşğul olurlar. Dediyim kimi, bir evә üçümüzü
birdәn götürmәyәcәkdilәr, ona görә dә onların işini asanlaşdırmaq
üçün çalışıb uşaq evinә vә ya internata düşmәliydim.

Çox uzatmadan sözümü dedim.
Dayılarım birdәn-birә çeçәmәyә başladı. Әn hissiyyatlıları
әllәrindәki çapma stәkanları qaytarıb stolun üstünә qoydular.
Adi şәraitdә bunu tәsәvvür etmәk dә çәtindir. Elә bil canlı yazıçı,
hәm dә elә-belә yazıçı yox, klassik görüblәr. Hamı dönüb sual
dolu baxışlarını Karl Marksın – Georgi Panteleyeviçin üzünә
zillәdi. Havadan asılı qalmış bu lal suala yalnız o, cavab verә
bilәrdi.
– Belә-ә… – Georgi Panteleyeviç fikirli-fikirli sәslәndi vә
barmaqlarıyla taxta stolu Leninsayağı döyәclәdi. Mәnim sözlәrim

74
   69   70   71   72   73   74   75   76   77   78   79