Page 70 - pryaxin
P. 70
rgi Pryaxin
– Qu-qu-uu-qu-u!!!
Bu cür bәrkdәn fit vermәyi yalnız sovet bolşeviklәri bacarır.
“Hamı öz yerinә! Sәn dә, Sergey Nikitoviç, geriyә, kayuta!
Yol mәşәqqәtlәri sәni gözlәyir.” Belәcә, yolları ayrıldı: almaları
sinәsinә sıxmış qız yamacla üzüyuxarı, irәli, Sergey isә aşağı,
geriyә. Ancaq bu dәfә katorqa hәyatına mәhkum edilmiş adam
kimi ayağını sürüyә-sürüyә yox, az qala sevincindәn rәqs elәyә-
elәyә addımlayır, tez-tez dönüb qızın arxasınca baxırdı. Qız,
nәhayәt, yamacın o üzündә, sanki başqa bir hәyatın arxasında
gözdәn itdi.
İşgәncә vә edam olmayacaq! Edam tәxirә salınır. Sergey on
sәkkiz yaşına qayıtmışdı, hәyat hәlә yenicә başlayırdı.
Tәsadüfәn rastlaşdığı Hәvva sağ olsun: Adәm yuxudan
ayılmışdı. Özünә gәlmişdi.
Bu tәsadüfi görüşdәn sonra sәyahәtdәn zövq almağa başladı.
Sanki axına düşmüşdü – belәcә, düz Hәştәrxana qәdәr gedib
çatdı. Ona elә gәlirdi ki, nәhәng gәminin sәrnişini deyil. Özünü
bulaq suyunabәnzәr şәffaf sularda üzәn balıq kimi hiss edirdi...
Sergey göyәrtәdәn gәlәn sәslәri dinlәmirdi, xәyalında Volqa
çayının lap dibindә sürәtlә irәliyә doğru üzürdü. Özü dә sualtı
qayıqla yox, özünün ağır, sualtı üzgәclәrinin kömәyi ilә.
III FӘSİL
ADӘT VӘ YA TROTSKİ OVDA
İlahi, gör qohumlarım barәdә nә qәdәr yazmışam – elә düşünә
bilәrlәr ki, mәn onlarla yanaşı yaşamıram, Siolkovski ulduzları
müşahidә elәyәn kimi, sadәcә onlara göz qoyuram. Sözün açığı,
mәhz o qәdәr dә savadlı olmayan, yazı-pozudan başı çıxmayan
(şifahi yaradıcılığı nәzәrdә tutmuram) yazıçı olmuşam. Mәktәb
dәftәrindә yazdığım üçsәhifәlik ilk “әsәrimә” görә yalnız
qohumlarıma minnәtdar olmalıyam. Yeri gәlmişkәn, bu yazı son-
radan illәr uzunu qәlәmә aldığım kitablardan daha çox hәyatımı
70