Page 65 - pryaxin
P. 65
Xəzər yuxuları

Yeri gәlmişkәn, üstünü çaqqalgavalısı basmış yarğandakı bulaq
suyunda çimirdilәr – ora-bura vurnuxan ilanları da ilk dәfә orada
görmüşdülәr.

Minaaxtaranların zәrәrsizlәşdirdiyi minaların metal hissәlәri
sonradan memorialın “aksesuarına” çevrildi. Metal korpuslardan
vә gilizlәrdәn düzәldilmiş piramida, görünür, “müharibә apofeo-
zu”nun simvolu rolunu oynayırdı.

Buradakı qardaş qәbiristanlığı da memorial kompleksә daxil
edilmişdi. Minaaxtaran cihazlar insan sümüklәrini “tanımırdı”.
Ancaq mina axtatarkәn әsgәrlәr vә onlara kömәk elәyәn yerli
oğlanlar xeyli insan qalıqları da toplamışdılar. Onların hamısını
yığıb eyni yerdә dәfn etdilәr, memorial da mәhz hәmin qәbiristan-
lığın üzәrindә ucaldıldı. Qızının gözlәrini peygәmbәrçiçәyinә
bәnzәdәn zabitin sümüklәrini dә bu qәbiristanlıqda torpağa tap-
şırdılar. Bu, әsl qardaş qәbiristanlığı idi: indi Volqoqrada tez-tez
gәlәn almanları mütlәq buraya da gәtirir, keçmiş döyüş meydanını,
memorialı onlara nümayiş edtirirlәr. Ola bilsin, gәnc sovet leyte-
nantı orada bir vaxtlar әlbәyaxa ölüm-dirim savaşına çıxdığı
düşmәnlә birgә, yan-yana uyuyur.

Voroninin tapşırığı ilә Volqoqrad komsomolçuları leytenantın
qızını axtarıb-tapmışdılar – memorialın açılışında o da iştirak
etdi. Cavan, gözәl bir qız idi, gözlәri, doğrudan da, “peyğәmbәr-
çiçәyi”ni xatırladırdı. Ancaq indi onun gözlәri daha gözәl görünür-
dü: “ağlayan peyğәmbәrçiçәyi” kimi, onun da, qucağındakı kör-
pәnin dә gözlәrindәn yaş süzülürdü. Qız indi atası yaşındaydı.
Yәqin ki, leytenantın ruhu şad idi: qızı ilә görüşmüşdü. Tanınmaz
qalmış digәrlәri dә az qala intizarla dikәlәcәkdilәr: bәlkә, onların
yaxınları da gәlib? Baxmayaraq ki, indiki halda hansısa Verxnepu-
pinskә nәzәrәn “Әsgәr tarlası”na Almaniyadan gәlmәk daha asan
idi.

Sonralar Sergey tәsadüfәn xәbәr tutdu ki, “Әsgәr tarlası”nda
baş verәn hadisәlәrdәn sonra Voroninin dә yolu açılıb – ona
komsomolun Mәrkәzi Komitәsindә hәrbi vәtәnpәrvәrlik üzrә
katib vәzifәsini tәklif etdilәr. Voronin imtina etdi. Onları bir-
birindәn fәrqlәndirәn dә elә bu idi: Sergey, bir işarәyә bәnd imiş

65
   60   61   62   63   64   65   66   67   68   69   70