Page 62 - pryaxin
P. 62
rgi Pryaxin

kollektiv yaradıcılıq prosesindә Sergeyin özü dә iştirak edirdi,
buna mәcbur idi. “Әsgәr tarlası”nın minalardan tәmizlәnmәsi
haqqında reportajlar hazırlayırdı. Başqa әlacı yox idi: onu baş
redaktorun әmri ilә “Әsgәr tarlası”nda aparılan işlәri “işıqlandır-
maq” üçün Volqoqrada ezam etmişdilәr. Lәnәt şeytana, oçerkin
başlığı coğrafi ada çevrilmişdi. Oçerk öz hәyatını yaşayırdı, Ser-
gey, hәtta bu yad hәyatdan xeyir dә götürürdü. Düzdür, onu zor-
xoş әyalәtә göndәrmişdilәr, ancaq Moskvaya da, demәk olar,
eyni qayda ilә gәtirmişdilәr. Moskvaya gәlәndә dә ilk vaxtlar
özünü minalanmış sahәdәymiş kimi hiss edirdi. Onu, hәtta şöbә
müdiri tәyin etdilәr – ilk arzusunu Voronin onun әvәzinә hәyata
keçirmişdi.

Bir il sonra Moskvadan Volqoqrada gәlәn Sergey gördü ki,
minalanmış sahәlәrdә taxıl zәmisi yırğalanır (solmazçiçәklәr
tәslim olmamışdı: qızılı rәngә çalan zәminin içәrisindә, adda-
budda onları yenә dә görmәk olurdu), zәminin kәnarında isә
çuqun şәbәkә ilә әhatәlәnmiş memorial kompleks ucaldılıb.

Mәşhur heykәltәraş Levin, görünür, onun oçerkini diqqәtlә
oxumuşdu: dizinin üstündә nәsә yazan leytenant, ellinlәr kimi
mavigözlü, riqqәt doğuran qızcığaz, Pyotrun sәrәncamları sayağı
tuncdan tökülmüş qeydlәr – hәr şey öz әksini tapmışdı.

Bir sözlә, “Tunc atlı” kimi bir abidә әrsәyә gәlmişdi.
“Әsgәr tarlası” – çәpәrә bәrkidilmiş çuqun lövhәnin üzәrindә
yazılmışdı. İlk dәfәydi ki, Sergey öz sözlәrinin, mәqalә başlığı
olsa da, metal üzәrindә hәkk olunduğunu görürdü. Nә olsun ki,
lövhә bürüncdәn yox, çuqundan idi. Başlanğıc üçün pis deyil.
Voronin, müvәqqәti dә olsa, bütün regionda Sergeyi
mәşhurlaşdırmışdı. Universitetә tövsiyә olunmuşdu ki, onun
oçerki jurnalistika fakültәsindә öyrәnilsin, “Әsgәr tarlası”nı isә,
Mamay Kurqanı kimi, ekskursiya marşrutuna daxil etdilәr.
Abidәnin әtrafında kiçik bir park salındı, oturacaqlar qoyuldu.
Turistlәr burada hәm mәdәni istirahәt elәyә, hәm dә mәdәni
surәtdә yeyib-içә bilәrdilәr. Bәlәdçilәr hәr dәfә Sergey Qusevin
adını hörmәtlә yad edirdilәr, baxmayaraq ki, bütün bunlara görә
Voroninә minnәtdar olmalı idilәr.

62
   57   58   59   60   61   62   63   64   65   66   67