Page 63 - pryaxin
P. 63
Xəzər yuxuları
***
Tarlanı minalardan tәmizlәmәk üçün xeyli әmәk sәrf etdilәr.
Sergey bir neçә gün minatәmizlәyәnlәrin arasında yaşamalı oldu.
Onların brezent çadırında qaldı. Memorial sonralar hәmin çadırın
yerindә qoyuldu. Әsgәrlәrә rәhbәrlik edәn leytenant axşamlar öz
tabeçiliyindәki adamlardan icazә alıb rәqs meydançasına yollanırdı.
Adәtәn Sergeydәn icazә alırdı. Ordu hәyatını yaxşı xatırlayan
Sergey, könüllü olaraq, bu kiçik komandanın rәhbәrliyini öz
üzәrinә götürmüşdü. Onsuz da onların hamısından böyük idi.
Hәm dә tәkcә yaşa görә deyil, “Komsomolskaya Pravda”da işә
başlayandan sonra komissarlıq, qiyabi olaraq, ona “baş leytenant”
rütbәsi vermişdi.
Sergey minalanmış sahәni ilk dәfә ona göstәrәn oğlanları da
axtarıb-tapdı. Bu, lap yerinә düşdü – onlar tәhlükәli yerlәri yaxşı
tanıyırdılar. Minaaxtaranlar sıraya düzülüb yavaş-yavaş, ehtiyatla
irәlilәmәyә başladılar. Әtraf sükuta qәrq olmuşdu: hamı başını
aşağı salıb qulaqcıqları dinlәyirdi. Öz mövqeyindәn istifadә edәn
Sergey dә minaaxtaran aparat götürmüşdü. Qulaqcıqdan gәlәn
sәslәr kәsilmәk bilmirdi. Әmәlli-başlı pas atmış mәrmilәri vә
minaları torpaqdan böyük ehtiyatla çıxarır, südәmәr uşaq kimi
qucaqlarına götürüb yarğanın kәnarına aparırdılar. Partlamamış
bombaların әvvәlcә detanatorunu çıxarmağa çalışırdılar. Yalnız
bundan sonra onları da “QAZ-66”da hәmin yerә, yarğanın
kәnarına aparırdılar. Partladıcını çıxarmaq mümkün deyildisә,
onda bombanı çox ehtiyatla, nәfәslәrini içlәrinә çәkib qolları
üstünә alır, aparıb maşının bortundakı qumla dolu qutuya
qoyurdular. Komandaya bir sürücü әsgәr dә tәhkim olunmuşdu,
ancaq leytenant hәr dәfә sükan arxasına özü әylәşirdi. Gün
әrzindә topladıqlarından böyük qalaq yaranırdı. Axşamtәrәfi,
әtraf sahәlәrdә motorların sәsi kәsilәndәn sonra toplanan mәrmilәri
vә minaları partladırdılar. “Cәhәnnәm maşını”nı qalağın altına
yerlәşdirdikdәn sonra hamısı sığınacağa çәkilirdi. Leytenant “di-
namo”nun dәstәyini fırladır vә dәrhal yerә yatıb uşaq kimi әllәri
ilә başını örtürdü. Elә bu an yarğandan od-alov püskürür, ardınca
his kimi qapqara tüstü dumanı qalxırdı. Bu, metal sәsindәn daha
63