Page 60 - pryaxin
P. 60
rgi Pryaxin
“Onu Yer kürәsinә dәfn elәdilәr…”
Yerli oğlanlar Sergeyi hәmin sahәyә apardılar. Görünür,
uşaqlıqda bu yerlәri çox dolaşmışdılar, minaya tuş gәlmәsinlәr
deyә yaxşı bәlәd olduqları әyri-üyrü cığırlarla irәlilәyirdilәr.
Buna tәәccüblәnmәk olmazdı, hara baxsan, dәmir qırıntıları
görürdün. Çuxurlardan birindә paslanmış dәmir dәbilqә vә әhәng
kimi ağaran sümüklәrin yanında bir zabit medalyonu, kapsul
tapdılar. Açdılar, içindә üzәrinә karandaşla nәsә yazılmış,
bürmәlәnmiş papiros kağızı vardı. Sәn demә, tәkcә bataqlıqlar
yox, çöllük әrazilәr dә insanın sonuncu ürәk sözlәrini qoruyub
saxlamağa qadirdir. Amma bu, sadә ürәk sözlәri deyildi. Bu,
zabitin öz kiçik qızına ünvanladığı qeydlәr idi, burada ata sәngәrin
kәnarında bitәn gülü vә alaq otunu tәsvir edirdi: “Payız ayıdır,
çiçәk çox hüznlü vә incik görünür, amma yenә dә onun mavi,
parlaq lәçәklәri sәnin gözlәrini xatırladır…” Zabit sәngәrin
kәnarında bitәn gülü “peyğәmbәrçiçәyi” adlandırır, amma yәqin
ki, solmazçiçәk imiş: yoxsa hәyatda qalmaq üçün bu qәdәr әzab-
әziyyәt çәkmәzdi. “Düşmәn artilleriya atәşini dayandırdı, baxıram –
çiçәyә heç nә olmayıb, öz yerindәdir, mәn dә rahat oldum”.
Gәnc zabit, yәqin ki, Hacı Muradı da yadından çıxarmayıbmış:
sentimental qeydlәrdir, ancaq müharibәnin ruhuna uyğun olaraq,
sanki gәlәcәkdәn xәbәr verir. Zabitin tәmәnnası budur: qızı
güclü, cәsarәtli, gözәl olsun, anasını sevsin, hәm özünün, hәm dә
onun әvәzinә.
Tәkcә solmazçiçәk yox, peygәmbәrçiçәyi dә çox zaman
sәngәrdәki әsgәrlәrdәn çox yaşayır.
Sәngәrdә uzanmış leytenant әdәbi istedaddan mәhrum deyilmiş.
O, papiros kağızını bürmәlәyib boğazından asdığı kapsula
yerlәşdirib vә belәcә, öz gözәl sözlәrini sinәsindә isidirmiş.
Yәqin ki, tәsvir etdiyi sәngәr mәhz bu düzәnlikdәymiş – gör
әtrafda nә qәdәr solmazçiçәk bitir. Cığırla irәlilәyirsәn, yerin
altından uzadılan şana kimi yolunu kәsirlәr. Bu bitkinin tikanları
pәncәni xatırladır, özü dә külәkdә xışıldamır, qәribә cırıltılı sәs
çıxarır. Balağına ilişdisә, növbәti addımda şalvarsız qala bilәrsәn.
Artilleriya atәşi veclәrinә dә deyil, onları yalnız kimyәvi silahla
qorxutmaq olar. Hamaşçiçәyinin kasaya sığışmayan reflektorları
iti, boz, tikanlı çıxıntıları olan kiçicik şlemi xatırladır. Çiçәk-
әsgәr, yarımsәhrada yaşayan rus bәdәvisi.
60