Page 55 - pryaxin
P. 55
Xəzər yuxuları

onun ağırlığına güclә dözürdü. Ravil qapını açarla açıb içәri
girәn kimi ayaqqabılarını belә çıxarmadan, kövrәk uşaq addımları
ilә arvadının üstünә cumur, onun ağuşuna düşәndәn sonra hıçqırıb
ağlamağa başlayırdı. Bilinmirdi, doğrudan ağlayır, yoxsa özünü
artistliyә vurub. Hәr halda, Sergeylә vidalaşmaq üçün arxaya
çevrilәndә gözlәrindә yaş damcıları parlayırdı. Arvadının kefi
yaxşı olanda, әlinin hәrәkәtilә onu mәtbәxә sarı yönlәndirirdi –
zәrbәçi sәhnә xadimini burada lәzzәtli şam yemәyi gözlәyirdi.
Qadın onu cәzalandırmaq istәyәndә isә qapını göstәrirdi: itil!
Evdәn qovulanda liliputun üzündә bic bir ifadә yaranır, göz
yaşlarını saxlaya bilmirdi.

Uşaqlar böyüyәndәn sonra Sergey sirk artistlәri ilә әlaqәni
itirdi. Üstәlik, mәlum oldu ki, onlar ölkәni tәrk edib Almaniyaya
köçüblәr. Ravil oranın meyxanalarında “çıxış” edirdi. Meyxananın
istәnilәn müştәrisi onun dalına tәpik ilişdirә bilәrdi. Dalına tәpik
dәyәn liliput şövqlә dombalaq aşır, sonra cәld ayağa durub tәpik
atan adamın qarşısında әsgәrsayağı dikәlir vә әlini gicgahına
aparıb onu salamlayırdı. Tәpik bәrk dәyәndә әlini sovet әsgәri
kimi gicgahına aparmır, irәliyә, yuxarı uzadırdı:

– Hayl!
Әtrafdakılar qәhqәhә çәkib gülmәyә başlayırdılar: liliputdur
da, mәzәlәnir özüyçün, özü dә rusdur! Arvadı artıq Ravili evdә
yox, birbaşa onun iş yerindә, meyxanada gözlәmәyә üstünlük
verirdi: necә olmasa da, xaricdәydilәr. Qadının oturduğu masaya
tez-tez sәrxoş kişilәr yaxınlaşır, içkiyә qonaq edirdilәr. Yeni
Rusiyaya, evә qayıdanda onların ailәsindә hәr şey dәyişmişdi:
arvad içir, әr isә arağı dilinә dә vurmurdu. Ravil artıq ona kiçik,
ağlı kәsmәyәn uşaq kimi yanaşırdı. Arvadının künc-bucaqda
gizlәtdiyi araq şüşәlәrini tapıb unitaza tökürdü.
Ravillә birgә çıxış edәn sirk artisti böyük adam olmuşdu,
mәmur idi, qalstuk-filan taxırdı. Üzünә taxdığın maska sonradan
sәnin sifәtinә çevrilir. Әslindә bütün bunları çox-çox sonralar
“Direktor”un özü ona danışmışdı. Direktor onu “Balaca” adlan-
dırırdı.
“Balaca” – tәkcә onun ampluası yox, hәm dә sәhnә adı idi.
Bizim bütün hәyatımız – sәyyar sirkdir.

55
   50   51   52   53   54   55   56   57   58   59   60