Page 57 - pryaxin
P. 57
Xəzər yuxuları

***

Volqoqradın әtrafında müharibә çoxlu iz qoymuşdu. Elә il
olmurdu ki, kiminsә ölüm xәbәri çıxmasın: köhnә sәngәrlәrdәn
silah-sursat tapan uşaqlar, mexanizatorlar, yer bellәyәn, mәhsul
yığan insanlar… “Әsgәr tarlası” – Sergeyin “Komsomolka”ya
yazdığı mәqalәlәrdәn biri belә adlanırdı. Mәqalәdә Böyük Vәtәn
müharibәsi zamanı qanla suvarılmış tarlalarda mәhsul yığımından
söz açılırdı. Burada minaya düşüb hәlak olan insanların probleminә
dә toxunulurdu. Müharibәdәn sonra bu әrazilәri, hәyatın özündәn
savayı, heç kәs minalardan düzәmәlli tәmizlәmәmişdi. Sergey
bu oçerkdә müharibәdәn sonra istifadәsiz qalmış әkin yerlәri
haqqında ürәkağrısı ilә danışırdı. Yerzovka vә Qumrak qәsәbәlәri
arasında yerlәşәn bu sahәlәr partlayıcı maddәlәrlә dolu idi – hәr
addımda köhnә, uçulub-tökülmüş, ot basmış sәngәrlәr gözә
dәyirdi. Bu yerlәri ona yerli komsomolçular, yaxınlıqda taxıl
biçәn keçmiş әsgәrlәr göstәrmişdi. Hәr dәfә yazbaşı bu sahәlәrә
traktor salmaq istәyir, ancaq elә birinci partlayışdan sonra işi
dayandırmalı olurdular. Partlayışdan sonra traktorçu sağ qalsa,
sevinclәrinin hәddi-hüdudu olmurdu, traktor isә ot basmış növbәti
çuxurda ilişib qalırdı. Stalinqrad döyüşünün şikәst etdiyi traktoru
başqa traktorla çәkib çıxarmalı olurdular. Deyәsәn, bu sәngәrlәr
dәfәlәrlә әldәn-әlә keçmiş, әsgәrlәr düşmәnlә әlbәyaxa savaşmalı
olmuşdular. Hәr tәrәf әzilmiş, deşilmiş rus vә alman dәbilqәlәri
ilә dolu idi, sanki әsgәrlәr baltayla döyüşürmüş.

Stalinqrad döyüşü zamanı Sovet ordusunda ölülәri dәfn edәn
dәstәlәr hәlә yaradılmamışdı. Onları yalnız qırx dördüncü ildә,
böyük әks-hәmlәlәr zamanı formalaşdırdılar. Sovet ordusunun
geriyә çәkildiyi vaxtlarda ölülәri әsasәn hәyatın özü dәfn edirdi.
Axtarış dәstәlәri torf bataqlıqlarından, çala-çuxurdan әsgәr
sümüklәrini ehtiyatla, ağacı kökündәn çıxarırmış kimi gün işığına
çıxarırdılar. Pal-paltar qalıqları, öz şuxluğunu qoruyub-saxlamış
әsgәr çәkmәlәri, hәtta insan bәdәninin fraqmentlәri: qaz
mübadilәsinin zәif olduğu Rusiya bataqlıqları, sәn demә, әsgәr
cәsәdlәrini çürümәyә, xarab olmağa qoymur. Bu bataqlıqlar
kağızı vә karandaşı insan cәsәdlәrindәn dә yaxşı saxlayır. Hәlә

57
   52   53   54   55   56   57   58   59   60   61   62