Page 61 - pryaxin
P. 61
Xəzər yuxuları
...Artilleriya atәşi bitdikdәn sonra leytenant bir daha başını
sәngәrdәn çölә çıxarmayıb.
Sergey leytenant haqqında oçerk hazırladı, onun qeydlәrini
dә çap elәdi – özünün dә qızı vardı deyә hisslәrini güclә
cilovlayırdı.
Oçerk çox yaxşı qarşılandı, Sergeyi Leninqrada yaradıcılıq
ezamiyyәtinә göndәrmәklә mükafatlandırdılar. O, qızını da
götürüb, şimal paytaxtına yollandı.
Voronin hadisәlәri tamamilә başqa mәcraya yönlәndirdi. O,
komsomolun Mәrkәzi Komitәsindә “Komsomolskaya Pravda”nın
çıxışını (niyәsә mәhz “çıxış”ını) çox parlaq hadisә adlandırdı ki,
bu da öz-özlüyündә yenilik idi: adәtәn komsomol toplantılarında
birinci katiblәr “Komsomolka”nın işini tәriflәmirdilәr, onların
arasında, bir növ, silahlı neytralitet mövcud idi. Voronin Müdafiә
Nazirliyini qәzetә dәstәk olmağa, keçmiş döyüş meydanlarını, o
cümlәdәn dә sözügedәn sahәlәri minalardan tәmizlәmәyә çağırdı.
Bildirdi ki, Volqoqrad komsomolu әlindәn gәlәni etmәyә hazırdır:
minadan tәmizlәnmiş әrazilәri әkib-becәrәcәk, gәnc әkinçilәr vә
seleksionerlәr arasında müsabiqә keçirәcәk (solmazçiçәk seleksi-
yanın nәticәsindә meydana gәlib!), “Әsgәr tarlası” adlı memorial
tikәcәk.
Sonralar memorial, doğrudan da, inşa edildi! Memorialın
müәllifi isә kim olsa yaxşıdır, Lenin mükafatı laureatı, heykәltәraş
vә arxitektor, Xatın memorialını ucaldan adam.
Voronin onu bu işә necә cәlb etmişdi? Aydın mәsәlәdir –
xәrçәngin kömәyi ilә. Volqoqradın Volqaboyunda tutulan
xәrçәnglәrә nә bu, nә dә o dünyada rast gәlәrsәn. Mәşhur rejissor,
knyaz nәslindәn olan yekәpәr Silantyev belә, tez-tez buraya
qastrol sәfәrinә gәlir, Voroninin qonağı olurdu. O, tәlәb edirdi ki,
qonorarı yalnız yaşıl canlılarla ödәnilsin.
– Qırmızıları Moskvada da tapa bilәrik! – axşamlar ocağın
qırağında oturan Silantyev belә deyirdi.
Voronin Sergeyin oçerkini özünәmәxsus şәkildә davam etdirdi:
qәtnamәlәrlә, sәrәncamlarla, dövlәt telefonuyla, Kuliçenkoyla
xoş münasibәtlәrindәn istifadә etmәklә. Gözәl әlavә alındı: “Ölü
canlar”ın ikinci hissәsi kimi! Odda yanmaz, suda batmaz. Bu
61