Page 66 - pryaxin
P. 66
rgi Pryaxin
kimi, dәrhal razılıq verdi, Voronin isә “yox” dedi, baxmayaraq
ki, komsomol hәmişә hәr şeyә şövqlә “hә” demәyә öyrәşib.
Voronin daha yuxarılara, daha dәrinә göz dikmişdi.
***
…Sergey bu yolu bir dәfә keçmişdi. Ümumiyyәtlә, Volqaya
bağlı adam idi – Sovet İttifaqının Avropa hissәsindә doğulmuş,
tez-tez sәfәr etmәyә alışmış bütün insanlar kimi. Onlardan hәr
biri, heç olmasa, bir dәfә bu çayda üzüb, Volqa, qaraçı xәritәsi
kimi, onların taleyinә hopub. Volqa Rusiyanın şah damarıdır, bu
damardan dolu-dolu axan qan әn uzaq, әn nazik kapilyarlara
qәdәr gedib çatır.
Sergey sonuncu dәfә buradan altmış beşinci ildә, otuz beş il
bundan әvvәl keçib-getmişdi. Onda arıq, cavan oğlan idi, ancaq
hәyatdan küsmüşdü, ona elә gәlirdi ki, artıq hәr şey bitib. O,
MDU-nun Filologiya fakültәsi, Roman-german bölmәsinә daxil
olmaq üçün verdiyi imtahandan kәsilmişdi. Daha doğrusu, imta-
handan “dörd” almışdı, amma qızıl medalçı kimi, әla qiymәt
almağa ümid edirdi. O, imtahanların sonunu gözlәmәdi, hәr şeyә
tüpürüb, sәnәdlәrini götürdü vә paytaxtı tәrk etdi. Sergey
Moskvanın Reçnoy vağzalına gәldi, teploxodların hәrәkәt cәdvәlini
vә tariflәri diqqәtlә öyrәnәndәn sonra fikrini qәtilәşdirdi: gәmiylә
gedәcәkdi. Bu, Vrangel qoşunlarının Rusiyadan qaçışını xatırladırdı.
Doğrudur, onların başqa nәqliyyat vasitәsi yox idi, әl altındakı
gәmilәrin xәrcini isә Antanta çәkirdi. Yәni müftәydi!
Gәmiylә sәfәr etmәk daha ucuz başa gәlirdi, çünki yemәklәr
qiymәtә daxil deyildi. Yemәyi öz puluna almalı idin. Ancaq
Sergey belә şeylәri hesaba almırdı: ciddi tәbәddülatlar yaşadığı
bu günlәrdә çörәk haqqında fikirlәşmәyin yeri deyildi. Bir tәrәfә
bilet almaq üçün pulu vardı. Gedib mәnzilbaşına çatandan sonra
neylәyәcәkdi – bu barәdә tәsәvvürü dә yox idi. Nә olar, olar!
Qәribәdir, qıtlıq çәkәndә, insan çörәk barәdә daha az düşünür.
Sanki cavanlıqda ruhumuzun qeydinә qalırıq, yalnız müәyyәn
66