Page 68 - pryaxin
P. 68
rgi Pryaxin
ya da batmaq üzrәdir. Göz gördükcә uzanan sular, әtrafı saran
sirli qoxular, qәribә sәslәr, axşamlar sümüyә işlәyәn sazaq…
Duzlu cәnub dәnizlәrindәn fәrqli olaraq, qapalı sularda gecәlәr
zil qaranlıq olur. Ola bilsin, başqa nәqliyyat vasitәsi seçsәydi,
hәlә uzun müddәt özünә gәlә bilmәyәcәkdi. O, saatlarla yuxarı
göyәrtәdә oturub qadın kimi cilvәlәnәn Rusiyanı seyr elәyirdi.
Sәrnişin gәmisi çay boyunca düymәlәnib-düzülmüş irili-xırdalı
bütün şәhәrlәrdә dayanırdı. Hәr dәfә gәmi dayanan kimi, Sergey
ac-susuz dәrhal sahilә qaçırdı. Uqliç, Ples, Tetyuşi… hәlә mәn
Yaroslavl, Kazan, Qorki, Volqoqrad kimi şәhәrlәri demirәm.
“Klement Qotvald” Volqoqradda lövbәr salıb saatlarla dayandı.
Bu mәcburi sәyahәtdәn әvvәl Sergey çöllükdәn savayı, heç yeri
düzәmәlli görmәmişdi. Doğrudur, Budyonnovskdan Moskvaya
gedib çıxmış, üç hәftә orada yaşamışdı. 34 nömrәli trolleybusla
hәr sәhәr yataqxanadan Marks prospektindәki kitabxanaya vә ya
imtahan vermәyә gedir, gecәdәn keçәndәn sonra hәmin marşrutla
geri qayıdırdı. Onun bütün Moskva tәәssüratları otuz dördüncü
marşrutla mәhdudlaşır. İmtahan materiallarını әzbәrlәmәklә
mәşğul idi, şәhәri gәzmәk barәdә düşünmürdü. Artıq әzbәrlәdiklәrini
dә unutmuşdu. Hәr şeyi tәzәdәn başlamaq lazım idi. Volqa –
içәrisi sәrin su ilә dolu böyük, xaç suyuna salmaq üçün istifadә
olunan çәni xatırladırdı. Tәbiәt burada sanki sinәdolusu nәfәs
alırdı. Çay böyük, qәdim şәhәrlәrin içindәn keçir, yanından ötür,
onları öz mülayim, mehriban suları ilә rövnәqlәndirirdi. Adama
elә gәlirdi ki, öz qala divarları, qәdim, hüznlü mәbәdgahları ilә
suda әks olunan şәhәrlәr çayla qaynayb-qovuşub, bir bütövlük
tәşkil edir; Volqa çayı ilә bәrabәr üzür, ona ovulub-tökülürlәr.
Necә ki әfsanәvi İtil – asma bağlar vә qamışdan-gildәn tikilmiş
zәrif saraylar şәhәri vaxtilә Volqanın sularında әriyib-itmişdi.
Buradakı kәndlәri, şәhәrciklәri yayın qızmar vaxtlarında görmәk
çәtin idi, ancaq payıza yaxın seyrәlәn yaşıllıqların arasından, köçәri
quş balalarının tәrk etdiyi yuvalar kimi, yavaş-yavaş üzә çıxmağa
başlayırdılar. İndi onlar dәstәylә katerdә üzürlәr, sahildә isә, Puqaçov
zamanında olduğu kimi, heç kәs gözә dәymir. O vaxtlarsa Volqa
sahillәri, әldәn-ayaqdan uzaq yerlәrdә dә insanlarla dolub-daşırdı.
68