Page 72 - pryaxin
P. 72
rgi Pryaxin

dәn boyun qaçırdığına görә tez-tez hәbsxanaya düşürdü. Qırx
yeddinci ildә isә ölkәnin qadın vә kişi әhalisi arasında tarazlığı
bәrpa etmәk, doğum sayını artırmaq üçün Stalin alimenti dә lәğv
etdi. Hәr şey hәmişә olduğu kimiydi. Bu ölkәdә qadın öz çiynini
bütün ağır işlәrin altına vermәlidir, indiki halda isә problemlәri
onun qarnının hesabına aradan qaldırmaq istәyirdilәr.

Yaxşı ki, Stalinin vaxtında hәlә süni mayalanma yox idi,
yoxsa yuxusuz gecәlәrdә fikirlәşib-tapdığı formulu Ferma teoremi
kimi tәkmillәşdirәrdi.

Әlli üçüncü ildә – Stalin ölәn kimi, onun bәzi göstәrişlәrinә
düzәliş etdilәr – böyük siyasi xadim ölәndә, mütlәq hardansa
tapdanmış bir әdalәt peyda olur: o, pensne taxır, qollarına qolçaq,
ayağına keçә çәkmә geyir vә zәrif redaktor qәlәmini çıxarıb
mәrhumun düz ruhuna saplayır. Xruşşov da belә elәdi: alimenti
bәrpa etdi vә müharibәdәn sağ qurtulub kefә baxan yüz minlәrlә
kişi әmәlli-başlı ilişdi. Әvvәlcә kişilәrә dedilәr ki, hәr şey
pulsuzdur, hәtta mәsuliyyәtsiz macәralara sövq etdilәr, cinsi
yetkinliyә çatmış nәrә balığı kimi kürü tökdükdәn sonra isә
pulunu ödәmәyә mәcbur elәdilәr. Nәticәdә qadınlar göz önündәcә
dәyişildi, hәtta doğum şәhadәtnamәsindә uşağını “atasız” kimi
göstәrәnlәr dә birdәn-birә hәr şeyi yerli-yataqlı xatırlamağa
başladılar. Özü dә elә yaxşı xatırladılar ki, azadlığını canından
әziz tutan dünәnki döyüşçülәr sanki yenidәn ön cәbhәyә aparıldı.
Amma bu cәbhә bir qәdәr fәrqliydi: uzaq diyarlardakı mәdәnlәr,
meşә sәnayesi…

– Kim olmaq istәyirsәn?..
Biz İvan dayının uşaqları ilә başqa otaqda oturmuşduq. O
biri otaqda anamızın canlı mirasını bölüşdürürdülәr. Әmim
oğulları vә әmim qızları – İvan dayının dörd uşağı vardı, onun
kolxozçu ailәsindә kişilәrlә qadınların pariteti gözlәnilirdi –
xüsusәn dә qızlar bizә maraqla baxırdılar: onları heç vaxt
bölüşdürmәmişdilәr.
Onlar, hәlә ki, bütünlüklә sovxozun sürücüsü İvan Nikano-
roviç Qusevin ixtiyarında idilәr. Bütün problemlәri tezcә yoluna
qoymağı bacaran bu çılğın, qarasaç, qaragöz kişidәn hamı
çәkinirdi, arvadı, kazak qızı Polina Andreyevnadan başqa.

72
   67   68   69   70   71   72   73   74   75   76   77