Page 71 - pryaxin
P. 71
Xəzər yuxuları
dәyişdi. Bunu sosial sifariş dә saymaq olmazdı, “sosial imtahan”
desәk, daha doğru olar. Mәnim o vaxtkı azsavadlı qohumlarım
kobud, kәlә-kötür barmaqlarıyla “ulduz qәlәmi” götürüb bәrk-
bәrk sıxdı. “Qәlәm” Robertini Lorettinin falsetini xatırladan sәslә
xırçıldadı. Onda “qәlәm”in on dörd yaşı vardı.
“Ehtiyac – yaradıcılığın anasıdır” – hәyatını dәyişmiş dostla-
rımdan biri (o, yaradıcılıqdan heç nә әldә edә bilmәmişdi) belә
deyirdi. Mәni yaradıcılığa sövq edәn isә ehtiyac yox, taleyin özü
idi. Altmış birinci ilin dekabr günlәrindәn birindә kәnd evinin
yarımqaranlıq otağında dayılarım uşaqları öz aralarında bölüşdü-
rürdü. Yәni bizi – qırx dördüncü ildә exinokokkdan ölmüş
bacılarının uşaqlarını. On dörd, doqquz vә altı yaşlarında üç uşaq
idik.
Doğma atalarımız bu bölgüdә iştirak etmirdilәr: әvvәla,
nәdәnsә üç uşağın iki atası vardı (bәlkә, üç olsaydı, bizi paylaş-
dırmaq daha asan olardı?), ikincisi dә bu vaxt onlardan xәbәr-
әtәr yox idi. Bu barәdә sonra danışacağam. Dayılarımın isә öz
ailәsi-uşağı, öz dәrd-sәri vardı. Proletariatın vә kәndlilәrin dikta-
turası hәr yerdә zәfәr çalsa da, dayılarım traktorçu vә sürücü
oturacağından yuxarı qalxa bilmirdilәr. Amma hәmin tutqun,
hüznlü dekabr günündә problemin öhdәsindәn az qala İsa Mәsih
sәviyyәsindә gәlmәyә çalışırdılar.
Evindәki iki çörәklә daha üç uşağı necә doyurmaq olar? Özü
dә öz uşaqlarının bir qarnı tox, bir qarnı acdırsa: axı aclıq
illәriydi. Nә qәdәr tәkid etsәm dә, üçümüzü birgә götürmәdilәr:
doğrudan da, buna imkan yox idi. Hamı mәni götürmәk istәyirdi:
aydın mәsәlәdir, on dörd yaşım vardı, ailәdә çox qalmayacaqdım,
hәm dә tәsәrrüfat işlәrindә böyüklәrә kömәyim dәyә bilәrdi.
– Kim olmaq istәyirsәn? – Bu sualı yalnız mәnә verirdilәr,
çünki balacalardan belә şey soruşmağın mәnası yox idi. Onların
ağlamaqdan pörtmüş sifәtindә “anamın vә ya atamın balası”
yazılmışdı. Daha çox “anamın”, çünki atamızı hәbsdәn çıxan-
dan-çıxana görürdük. Böyük Vәtәn müharibәsinin bu qoçaq
“zirehdәlәn әsgәr”i (yaxın qohumlarım hәyatda, bax bu cür möv-
qelәr әldә edә bilirdi – çәkisindәn vә boyunun hündürlüyündәn
asılı olaraq, ya avtomat götürürdü, ya da zirehdәlәn silah) aliment-
71