Page 67 - pryaxin
P. 67
Xəzər yuxuları
yaşdan sonra qarnımızı düşünmәyә başlayırıq. Ona görә dә hәyat
iki hissәyә ayrılır: ruhun iztirabları vә bәdәn xәstәliklәri. Әlbәttә,
ikinci hissәyә sağ-salamat gedib çıxa biliriksә. Bundan sonra isә
yalnız qarnımızı doldurmaqla, çәkimizi artırmaqla mәşğul oluruq
ki, silos quyusunu xatırladan qәbir evlәri boş qalmasın, oraya
daha çox bioloji kütlә yerlәşdirә bilәk. Sanki әbәdi dünyada
insan öz әmәllәrinin bәhrәsini dadmaq әvәzinә, dәvә kimi, bәdә-
nindәki ehtiyatlarla qidalanır. Mağarada qış yuxusuna gedәn ayı
kök vә tox olur, yazın әvvәlindә isә arıq, qәzәbli. Belә mәlum
olur ki, aclıq, qәzәb cәnnәtdә dә hakimdir. Evә dönmәyә üzü
gәlmirdi – onu elә tәmtәraqla, hay-küylә yola salmışdılar, әli әtә-
yindәn uzun qayıtmaq istәmirdi. Ona görә dә ilk ağlına gәlәn
yerә – Volqoqradla Hәştәrxanın arasında yerlәşәn Vladimiroka
qәsәbәsinә gәldi. Dayısı Mitya burada yaşayırdı, onda hәlә cavan
idi, evlәnmәmişdi, ordudan tәrxis olunandan sonra gәlib – Vladi-
mirovka tәrsanәsindә gәmi tәmirçisi işlәyirdi. Sergey peşәsini
dәyişdirmәk (hәlә heç bir peşәyә yiyәlәnmәsә dә), belletristika
ilә yolunu birdәfәlik ayırmaq istәyirdi: Maxovayada aldığı
zәrbәnin yeri hәlә göynәyirdi – elәdir, o vaxtlar filologiya fakültәsi
Lenin yüksәkliyindә yox, Moskvanın mәrkәzindә, Manejnaya
meydanında yerlәşirdi. Fikirlәşirdi ki, çay nәqliyyatı işçisi, bir
növ, dәniz canavarı olsun. Özü heç nә yazmasa da olar, qoy onun
haqqında yazıb-pozsunlar, şәninә dastan qoşsunlar. Sergeyin
başına çox iş gәlmişdi, amma bu dәfә onun heysiyyәtinә
toxunmuşdular, lәyaqәtini tapdamışdılar. Nә az, nә çox, düz qırx
il әvvәl, belәcә, çaylarda üzmәyә başladı. “Çay – dәniz” seriya-
sından olan gözәl bir gәmidә çalışırdı. Gәminin par-par parıldayan,
dәmir hissәlәri qızılı vә mis rәnginә çalan üç göyәrtәsi vardı,
sanki ilahinin әli ilә düzәldilmişdi. Başdan-başa işığa qәrq olmuş,
sәdәf kimi bәrq vuran gәmi Moskva çayının batıq sinәsinә uy-
mayan, çox bahalı bәzәk әşyasına oxşayırdı. İlk dәfә gәmi nәhәng
canlı kimi fısıldayaraq yerindәn tәrpәndi vә zülmәt gecәyә daldı.
Minlәrlә at gücündә olan dizel motorlar gah var gücü ilә kükrәyib-
coşur, gah da dua oxuyurmuş kimi, pıçıltıya keçirdi. Motorların
uğultusuna baxmayaraq, adama elә gәlirdi ki, gәmi hәrәkәt etmir,
67