Page 56 - pryaxin
P. 56
rgi Pryaxin

Ravilin hәmkarının gözlәri adi insan gözlәriydi. Ancaq,
mәsәlәn, Sergeyin sonralar yaxından tanış olduğu Yuri Nikulinin
gözlәri liliputun gözlәrinә oxşayırdı. Nikulin boy-buxunlu adam
idi – hәtta cәbhәdә batalyonun kәşfiyyat dәstәsindә xidmәt
etmişdi – indi isә direktor vәzifәsindә çalışırdı, amma yenә dә
gözlәri qәfәsә salınmış şirin gözlәrini xatırladırdı. Yәni Ravilinki
kimiydi. Volqoqraddakı karton fabriki dә, bir növ, sirkin arenasının
eynidir. Ancaq fabrikin direktoru Yuri Nikulindәn fәrqlidir. Sirkdә
fil dә ola bilәrsәn, liliput da – gözlәrin ifadәsi, rәngi dәyişmәz
qalır.

Sergey karton fabriki barәdә “Komsomolka”da yazı yazmaq
fikrindә deyildi, baxmayaraq ki, bunun üçün ezamiyyәt götürmәk,
xәrc çәkmәk tәlәb olunmurdu: sadәcә öz iş yerindә otur, müşahidә
elә vә yaz. Nә danışırsınız?! Әtrafda gör nә qәdәr maraqlı mövzu
var. Qәlәmi mürәkkәbә batır vә budur – kәrpic haqqında poema
hazırdır. Sergeyin Volqoqraddan hazırladığı materialların hamısında
bir qәdәr hüznlü motivlәr yer alırdı. Hәr halda, onu nikbin
publisist saymaq olmazdı. Redaksiya iclaslarında onun adının
tez-tez hallandırılması da, ola bilsin, mәhz bununla bağlı idi. Bu
iclasların stenoqramları, gec dә olsa, yerlәrdәki müxbirlәrә dә
çatdırılırdı: xüsusi müxbirlәrin әyalәt korpusunda fәrqli bir qәlәm
sahibinin çalışdığını artıq hamı bilirdi. Kiçik adamların hәyatı ilә
bağlı intonasiyalar, kәdәrli notlar – Voronin hәr şeyin tәfәrrüatına
varmağı bacarırdı. Doğrudur, jurnalistlәr әsasәn böyük adamların
hәyatı ilә maraqlanır, ancaq әdәbiyyat, xüsusәn dә, zövqlü
әdәbiyyat kiçiklәrin dünyasından intişar tapır. Әdәbiyyat Sergeyi
daha çox özünә cәlb edirdi, jurnalistika, paytaxt qәzetlәri belә
arxa plana keçmişdi. Kiçik adamın hәyatı ona hәmişә sirli bir
dünyanı xatırladırdı – bәlkә, ona görә ki, o, ölümә daha yaxındır,
axı torpağa yaxın olmaq, elә ölümә yaxın olmaq demәkdir…

56
   51   52   53   54   55   56   57   58   59   60   61