Page 52 - pryaxin
P. 52
rgi Pryaxin
zәrәrsizlәşdirilmәsi prosesini öz gözlәri ilә görmәk istәyirdilәr.
Amma nә partlayacaq! Bunsuz hәyatın nә lәzzәti…
Yadımdan çıxmamış deyim ki, çoxmәrtәbәli panel bina
dәmiryolunun kәnarında yerlәşirdi. Gündüzlәr dәmiryolu boş
olurdu: arabir traktor zavodu tәrәfә neft sisternlәri daşıyan
vaqonlar keçib-gedirdi. Ancaq gecәlәr, xüsusәn dә sәhәrә yaxın
yer-göy lәrzәyә gәlirdi: traktor zavodundan üzәrinә brezent
çәkilmiş tankları daşıyıb aparırdılar. Bu, vәtәndaş müharibәsi
zamanı şәfqәt bacıları kimi tәpәdәn-dırnağacan bәkarәt zirehinә
bürünmüş qatarların qopardığı hay-küyü xatırladırdı. Uşaqlar
yuxudan ayılıb sәksәkәyә düşür, ağlayıb-sızlamağa başlayırdılar.
Eynilә vәtәndaş müharibәsindә olduğu kimi.
Bәs indi daşıdıqları nәdir? Hava?
Binayla dәmiryolu arasında kiçik bir karton fabriki dә vardı.
Yanındakı torpaq qalağına bitişik yastı bir tikili idi. Sergeyin
mәnzili doqquzuncu mәrtәbәdә yerlәşirdi, evin bütün pәncәrәlәri
dәmiryoluna, demәli, hәm dә fabrikә açılırdı. Sergey yazı
masasının arxasında oturub növbәti materialı hazırlayarkәn,
fabrikin daxili hәyatını izlәmәyi sevirdi. Buradan hәr şey ovuc
içindәymiş kimi görünürdü. Buradan baxanda adama elә gәlirdi
ki, fabrikdә yalnız liliputlar işlәyir. Onlar fabrikin hәyәtindә ora-
bura vurnuxur, özlәrindәn böyük karton qutuları bellәrindә
daşyırdılar. Sergey bir vaxtlar sirkdә gördüyü liliputları xatırladı.
Bu liliputlar sirkdә işlәsәydilәr, yәqin ki, әn sadә hoqqa belә
olardı: karton qutu birdәn-birә açılıb yükdaşıyanı udur. Sonra iki
iricüssәli adam qutunu qaldırır vә mәlum olur ki, liliputdan әsәr-
әlamәt qalmayıb, yoxa çıxıb. Bayram günlәrindә, bir may vә ya
yeddi oktyabr әrәfәsindә bәzi personajlar fabrik qapılarından
imәklәyә-imәklәyә çıxırdı. Nә demәk olar, balaca adamlar da
hәyatdan hәzz almağı bacarır, üstәlik, böyük dә, kiçik dә eyni
stәkanlardan içir – qarın doyurmayan stәkandan hansı axmaq
içәr?
Deyәsәn, fabrikdә işlәyәnlәrin çoxu әr-arvad idi: onlar sәhәr-
sәhәr әl-әlә tutub fabrikә gәlir, axşamtәrәfi eyni qaydada bayıra
çıxırdılar. Sanki bütün günü karton qutuları yapışdırmaqla, onları
dәstәçin yığmaqla yox, bir-birinә öz sevgilәrini izhar elәmәklә
52