Page 47 - pryaxin
P. 47
Xəzər yuxuları
Kәtilin yanına iki Vyana stulu qoydular, adama elә gәlirdi ki,
bu stullarda min ildir oturan olmayıb.
Çay qaşığını xörәk qaşığı ilә әvәzlәdilәr, Sergey qrafindәn
stәkana soyuq araq süzüb, şövqlә başına çәkdi.
Yerli armuddan yeyә-yeyә şampan şüşәsini dә boşaltdılar,
araq da qurtardı. Donuz piyi ilә araq içmәyin öz lәzzәti var.
Kommunal mәnzildә yaşayan qonşular da gәlib çıxdı: әsgәr
gülürdü! Uşaq kimi, pionerlәr sayağı, ürәkdәn gülürdü. Bayırda
onun sәsinә sәs verәn sәrçәlәrin cikkiltisi açıq pәncәrәdәn içәriyә
dolurdu. Qonşu qarılar tәngnәfәs gәlib qapının önündә siyәnәk
kimi bir-birinә qısıldı – adam әlindәn tәrpәnmәk olmurdu. Onları
başa düşmәk olardı – axı çoxdandır ki, әsgәrin güldüyünü
eşitmәmişdilәr. İndi onun gülüşü qonşulara kiçik bir möcüzә
kimi gәlirdi!
Bu da sizә qırx ikinci ildәn göndәrilәn siqnal! Yuxarıya qal-
xın, yoldaşlar, yerinizi tutun. Sonuncu parad başlayı-ı-ı-ır… Qarı-
lar yerlәrindә donub-qalmışdılar. Xәstәliyin, ağrıların yorub әldәn
saldığı qoca әsgәr birdәn-birә oxumağa başladı. Elә şövqlә, elә
tәmiz sәslә oxuyurdu ki, elә bil bir az әvvәl amansız ağrılardan
yataqda qıvrılan o deyildi.
Bu münasibәtlә nәnәlәrә dә araq süzmәli oldular.
Yevgeni Dmitriyeviç bir dә ürәkdәn güldü.
Mәnzildә әsl bayram әhvali-ruhiyyәsi hökm sürürdü: bu,
sovet mәtbuatının gücünü-qüdrәtini nümayiş etdirәn bayram idi.
Necә deyәrlәr, yazıya pozu yoxdur! Sergey bu kommunal mәnzildә
gözәl vaxt keçirdi: bu pioner bütün qızlara nümunә ola bilәrdi.
Voronin – әlbәttә ki, Kuliçenkonun vasitәsilә – böyük bir iş
gördü: şәhәrin mәrkәzindә Lesnikova birotaqlı mәnzil verdilәr.
Özü dә Mir prospektindә. “Komsomolskaya Pravda” bu barәdә
geniş material çap elәdi: qırx ikinci ilin siqnalçısı artıq bütün
dünyanın problemlәrindәn danışmağa başlamışdı.
Mәnzil mәsәlәsi hәll olunandan sonra başqa bir möcüzә baş
verdi: o evlәndi. Arvadı adi qadın idi: yeri gәlәndә donquldanır,
amma kömәyini dә әsirgәmirdi. İricüssәli kazak qızı idi. Saçlarını
qırmızı ağac rәngindә boyayırdı, qaşı-gözü hәmişә sürmәli olurdu.
Ataman qadına baxanda hәmişә Sergeyә elә gәlirdi ki, bu izdivacın
baş tutmasında pioner dәstә rәhbәrinin әmәyi olub. Qadın әvvәllәr
47