Page 49 - pryaxin
P. 49
Xəzər yuxuları

göz gәzdirir, sonra heysizcә yerinә uzanırdı. Darıxmasın deyә
stolu onun çarpayısının yanına qoyurdular. Bir qayda olaraq,
birinci badәni qadın qaldırır, arağı başına çәkәndәn sonra sağ әli
ilә ağzını silir, xırıltılı sәslә deyirdi:

– Ya rәbb, özün kömәk ol!
Guya nәsә baş verib, mәsәlәn, çöldә şimşәk çaxıb…
Qonaqlar çıxıb gedәndәn sonra evdә baş verәnlәrdәn heç
kәsin xәbәri yox idi, ancaq belә görünür ki, qırx ikinci ilin
sinqalçısı taleyindәn o qәdәr dә narazı deyil.
– Bilirsәn, hәkimlәr deyir ki, onun bütün daxili orqanları
sağalmağa başlayıb, – paralel hәyat marşrutlarında Sergeyi
müşayiәt edәn rәfiqәsi bir dәfә onun qulağına pıçıldıdı.
– Daxili orqanlarının hamısı? – özünü gülmәkdәn güclә
saxlayan Sergey dәrhal cavabını aldı:
– Axmaq!
Ardınca rәfiqәsi onu bәrk-bәrk öpdü: axmaqları hәmişә
öpürlәr, bu, onların mәnasız marağını söndürmәk üçündür – qoy
başqa şeylәr soruşmasınlar.
Hәkimlәrin nә demәsindәn asılı olmayaraq – Allah elәsin,
doğru çıxsın – fakt faktlığında qalırdı: qadın әsgәrin ömrünü
uzatmışdı. Bu qadın olmasa, әsgәr çoxdan canını tapşırardı.
Ancaq o, sәksәninci illәrin sonunda öldü, onda Sergey çoxdan
Moskvada işlәyirdi. Özünü dәfn mәrasiminә çatdıra bilmәdi,
gәlәndә artıq әsgәrin başdaşı da qoyulmuşdu.
– Bu da onun abidәsi, – qadın yaylığının kәnarı ilә gözünün
yaşını silib dedi. Sanki hesabat verirdi.
Yayın әvvәli idi, havanı yasәmәn әtri bürümüşdü. Qәbiris-
tanlıqda üç nәfәr idilәr: Sergey ataman qadının, pioner dәstә
rәhbәri isә onun qoluna girmişdi. Mәrmәrdәn düzәldilmiş
başdaşının üstünә dәnizçinin şәklini vurmuşdular. Şәkildәn başına
günlüksüz şapka qoymuş, gәnc, utancaq bir oğlan gülümsünürdü.
Aydın mәsәlәdir, şәkil qәbir daşı üçün yox, komsomol bileti
üçün çәkilmişdi. Qәbiri dәmirdәn düzәldilmiş şәbәkә ilә
hasarlamışdılar – hәr şey çox dәbdәbәli görünürdü.
“Bu işdә Voroninin әli var” – Sergey fikirlәşdi.
Әsgәrin qәbrinin yanında yer dә saxlamışdılar. Sergey sual

49
   44   45   46   47   48   49   50   51   52   53   54