Page 45 - pryaxin
P. 45
Xəzər yuxuları

bağlamışdılar ki, gәmi birdәn-birә suyun dibinә getmәsin. İçәridә
qalmış matroslar ölümqabağı xorla “Varyaq” mahnısını oxuyurdular.
Böyük Vәtәn müharibәsindә matros şagirdi olmuş әsgәri, partlayış
göyәrtәdәn kәnara tullamışdı. Qulağı batmış, başı gicәllәnmiş
Sergey bir neçә saat soyuq sularda ölüm-dirim mübarizәsi aparmalı
olmuşdu.

Altmışıncı illәrin sonunda matrosun dәhşәtli oynaq xәstәliyinә
tutulması da, yәqin ki, bu hadisәlәrin nәticәsi idi. O, “farağat”
vәziyyәtindә yataqda uzanılı qalmışdı. Yalnız başını tәrpәdә bilir-
di, hәyat әlamәtlәrini tәkcә kәdәrli, çuxura düşmüş gözlәrindә
görmәk olardı. Veteran kommunal mәnzildә tәk-tәnha yaşayırdı,
şәfqәtli qonşularının ümidinә qalmışdı. Rәhmdil qonşular onun
öz pensiyasına әrzaq alır, yemәk bişirib qaşıqla yedizdirirdilәr.
Hamının üz döndәrdiyi, unutduğu әsgәri Sergey elә hәmin kom-
munal mәnzildә tapdı.

İşin maraqlı tәrәfi bu idi ki, әsgәr yazırdı. Yazıçılıqla mәşğul
idi. Nikolay Ostrovskini, ondan da çox ölüm mәlәyini xatırladırdı.
Ancaq bu ölüm mәlәyi nәdәnsә kişi simasındaydı, hәrәkәtsiz idi,
rentgen şәklindәki kimi bir dәri, bir sümük qalmışdı. Gözünü
qapıya dikib, saatlarla ona baş çәkmәyә gәlәcәk qonşuların
yolunu gözlәyirdi. Onu yoluxan qarıların әlindә hәmişә yavanlıq
olurdu, ancaq hәr dәfә başıyla çarpayının yanındakı dolaba, daha
doğrusu, dolabın üstündәki dәftәr-qәlәmә işarә edirdi. Qarılar
gözlüklәrini taxıb cidd-cәhdlә yazı qaydalarını xatırlamağa
çalışırdılar. Nöqtә-vergülü yadına salan yox idi, sadәcә qoca
әsgәrin dediklәrini yazırdılar, vәssalam.

Әsgәr uşaqlar üçün kitab yazırdı. Kitab müharibәöncәsi Sta-
linqradda yaşayan uşaqlar haqqında idi. Müharibә çin olan şirin
yuxu kimi gәlir, ancaq uşaqların qәlbinә ölüm vә ağrı kimi
soxulur. Әsgәr tәlәsirdi – qarılar onun sözlәrini güclә çatdırıb
yazırdılar. Maraqlı әsәr idi: adi insanlar, casuslar, casusların gizli
söhbәtlәrini uşaqlara xәbәr verәn tutuquşular…

“Komsomolskaya Pravda”da Sergeyin “42-ci ilin siqnalçısı”
adlı reportajı dәrc olundu. Reportajda siqnalçı Yevgeni Lesnikovun
hәyatından bәhs edilirdi; bu qoca әsgәr sağalmaz xәstәliyә tutulsa
da, hәlә dә qırxıncı illәrin sirli hadisәlәri barәdә yetmişinci illәrә
siqnallar ötürürdü… Yazı böyük әks-sәda doğurdu. Voronin
şәxsәn xәstәyә baş çәkmәyә gәldi vә ona Dnepropetrovskda

45
   40   41   42   43   44   45   46   47   48   49   50