Page 41 - pryaxin
P. 41
Xəzər yuxuları

göz, dәlik-dәlik olan bu hücrәlәrdә qalstuklu, boy-buxunlu insanlar
yetişir. Onların içәrisindә Allahın iradәsiylә daha çox qәzetlәrdәn
vә teleekranlardan boylanan Leonid İliç dә vardı. Onu göstәrәn
televizor ekranları fәrdi apartamentlәri xatırladırdı. Sergey bu
kabinetә Volodya Polyakovla birgә gәlmişdi. “Komsomolskaya
Pravda”nın müxbirlәr şöbәsinin müdiri, diribaş, zindanla çәkiç,
redaksiya ilә xüsusi müxbir arasında qaldığı üçün hәmişә
hәyәcanlı görünәn Polyakov onu birinci katibә tәqdim etmәli idi.

Voronin sanki birbaşa Sergeyin ruhunu görürdü. Elә bil
görüşә onun özünü yox, ruhunu gәtirmişdilәr. Voroninin görüb-
sezdiyi şeylәr isә bunlar idi: onun qarşısında, parıldayan-hamar
stolun arxasında sakitcә oturan adamın gerçәk hәyatla bağlılığı
çox azdır.

Dәrhal başa düşdü ki, Sergey özünә bioqrafiya düzәltmәklә
mәşğuldur.

Voronin isә özünә karyera qurmaq istәyirdi vә Sergey kimilәri
ilә mәşğul olmağa vaxtı yox idi. Onda onun otuz beş yaşı olardı.
Yaxşı tәhsil almışdı – İnşaat İnstitutunu әla qiymәtlәrlә bitirmiş,
Ali Partiya Mәktәbinin qiyabi şöbәsinә qәbul olunmuşdu. Şıq
geyinib gәzmәyi sevirdi. Mismardan asılmış şlyapa kimi qabarıq,
geniş alnı vardı, hiss olunurdu ki, bütün problemlәri başıyla hәll
etmәyә çalışır. İri, ağır professor gözlüyü, dәblә tikilmiş kostyumları
ilә әyalәt adamlarından fәrqlәnirdi. Hәmişә özünü tәmkinli aparır,
ehtiyatı әldәn vermirdi – kabinetdә pәrdәlәri endirib araq içmir,
meşәdә “fәallar”la gün keçirtmir, keflәnib kazak mahnıları oxu-
murdu. Bir sözlә, özünü sadә aparsa da, sadәlövh deyildi.
Belәlәrindәn yaxın әtrafındakı adamlar da çәkinir: әksәr insanların
yalnız iş, vәzifә kimi qәbul elәdiyi mәsәlәlәri bu adamlar bir
ayin, ibadәt sanır, özlәrini kimlәrinsә (bәlkә dә, xalqın) seçdiyi
fәrd kimi qәlәmә vermәyә çalışırlar. Tәmizliyi, möminliyi günahla
qarışdırırlar. Voronin dә xidmәt etmәk әvәzinә, sanki ibadәtә
hazırlaşırdı. Belә şeylәri isә gizlәtmәk mümkün deyil. Komsomol
onun üçün partiyada layiqli mövqe tutmaq vasitәsi idi. O, hansısa
tәsәrrüfata rәhbәrlik etmәk, sovet orqanlarında böyük vәzifә
sahibi olmaq istәmirdi. Özünü yalnız partiya sıralarında görürdü.

41
   36   37   38   39   40   41   42   43   44   45   46