Page 37 - pryaxin
P. 37
Xəzər yuxuları
***
Onun barәsindә hәlә Moskvada eşitmişdi.
Xüsusi müxbir – әlahiddә vәzifә deyil, әldәn-ayaqdan uzaq
yerlәrdә işlәyirsәn, bir çox mәsәlәlәrdә yerli hakimiyyәtdәn asılı
olursan. Müxbir hansısa respublika, vilayәt mәrkәzindә yaşayır,
paytaxtda nәşr olunan qәzetә mәqalәlәr göndәrir, oradan әmәkhaqqı
vә qonorar alır. Ancaq yerdә qalan hәr şeyi – mәnzil, maşın,
telefon, bunların hamısını ona yerli hakimiyyәt verir. Redaksiya
ondan kәskin, tәnqidi yazılar gözlәyir – moskvalıların düşüncәsinә
görә, o, hәyatın içindә, sadә insanların arasındadır; buradakı
әyәr-әskikliklәri xüsusi müxbirdәn savayı, kim görüb, qәlәmә
ala bilәr? Xüsusi müxbir tez-tez Moskvadan tәlimat alır – gördüyü
kәm-kәsirlәri necә işıqlandırmaq barәdә ona göstәriş verirlәr. Bu
cür “kәskin” mәqalәlәr çap elәmәyәn qәzet qәzet deyil. Moskva
hәyatıyla bağlı “kәskin” materialların isә başqa özәlliklәri var:
axı redaksiya rәhbәrliyindәn tutmuş, qәzetin sıravi işçilәrinә
qәdәr hamısı eynәn xüsusi müxbir kimi mәnzili, maşını, telefonu
yerli hakimiyyәtdәn alır. Yalnız bir fәrq var – onların işlәdiyi ye-
rin adı Moskvadır. Yeri gәldi-gәlmәdi, ona toxunmaq, qıcıqlandırmaq
olmaz: düşәr-düşmәzi var. Komsomolun Mәrkәzi Komitәsi, bәzәn
hәtta partiyanın Mәrkәzi Komitәsinin vasitәsilә adamın gününü
göy әsgiyә bükәrlәr. Amma respublika, diyar, vilayәt gözdәn-
könüldәn uzaq yerlәrdir. Telefon xәttiylә gәlib-çıxana kimi qәzәbli
reaksiyalar yolda sәngiyә, soyuya bilir. Üstәlik әsas forpost, qә-
zәb obyekti, haqq-әdalәtin dayağı, yәni qәzet rәhbәrliyi orada, әl
altındadır, lazım gәlsә, narazılar öz hirsini redaktorun üstünә
tökür. Bir sözlә, redaktor özünün doğurduğu dalğanın qarşısında
dayanan dalğaqıran rolunu oynayır.
Xüsusi müxbir – dәmirçi zindanının üstünә qoyulmuş sisәy
kimidir. Düzgün oxumasan, yәni qәzetin istәyinә zidd olaraq,
olduğun yeri – zindanı lazım olduğundan çox tәriflәsәn, redaksiya
çәkic kimi tәpәnә enәcәk; deyәcәklәr ki, yerlilәrlә dil tapmısan,
orada baş verәnlәrә göz yumursan. Yox, yerlilәrin istәdiyi kimi,
bәh-bәhlә mәdhiyyә oxumasan, yerli komsomol vә partiya
37