Page 38 - pryaxin
P. 38
rgi Pryaxin

orqanları ilә yola getmәsәn, onda zindanın özü çәkicә çevrilәcәk.
Faktları tәhrif etmәklә, kimlәrisә qaralamaqla mәşğul olsan,
konstitusiyanın altıncı maddәsini (indi onu yadına salan olmasa
da) xatırladacaqlar: yerli partiya komitәsinin tәlәbi ilә sәni işdәn
çıxaracaqlar.

Bu isә o demәkdir ki, mәnzil, maşın, telefon kimi atributlar
әldәn çıxacaq. Hansı yaxşıdır – bütün bunları insana vermәmәk,
yoxsa әlindәn almaq? Odur ki, yerli hakimiyyәt orqanları xüsusi
müxbirlә yumşaq tonda, alçaq sәslә danışmağa üstünlük verirlәr.
Oxu, quşcuğaz, oxu, ancaq ağıllı ol, hәddini aşma!

Sergey hәlә redaksiyada tәcrübә keçәrkәn xüsusi müxbir
hәyatının incәliklәri barәdә çox şeylәr öyrәnmişdi.

Hәm yazıda, hәm dә hәyatda onun idealı iriüssәli, sakittәbiәtli,
sәrbәst fikirli Viktor Stepanenko idi. O, tez-tez Stavropolun
“Gәnc leninçi” qәzetinin redaksiyasına gәlirdi. Şahmatda әmәk-
daşların “dәrsini vermәk” onun şakәrinә çevrilmişdi. “Komso-
molka”nın xüsusi müxbiri Styopa (öz aralarında Viktoru belә
adlandırırdılar) kimi, qoyun sürülәrinin yaylağa köçürülmәsi
haqqında reportajlar hazırlayırdı. Sergey, Styopanın yazılarını
hәsәdlә oxuyurdu, fikirlәşirdi ki, onun qәlәmә aldığı mövzular,
qoyduğu başlıqlar (mәsәlәn, “Göy üzündә piyada”), görәsәn,
niyә başqalarının da ağlına gәlmir? Gör necә azad adamdır,
sәrbәstdir! Sonradan öyrәndi ki, sәn demә, heç dә belә deyilmiş.
Doğrudur, Styopa özünü sındırmır, hamı kimi olduğunu boynuna
almırdı.

Әvvәlcә onu Volqoqrada getmәkdәn çәkindirmәk istәyirdilәr,
çünki oralar Voroninin oylağı idi. Hәlә Stalinqrad döyüşünü
xatırlayan şәfqәtli Lüsyena Ovçinnikova – “Komsomolka”nın
romantik öncәgörәni, hәtta onun kiçik otağına tәşrif buyurdu:

– Ehtiyatlı ol. Bu, sәninçün nә Ryazandır, nә dә Semipalatinsk.
Bu – Voronindir.

Guya Volqoqrad elә Voronin demәkdir.
Ağıllı, tәnha, yaşlı Lüsyena hamını tanıyırdı – hәtta Voronini
dә.
– Yeni nәslin adamıdır, – Lüsyenanın gözlәri müdrik әzabkeş-
lәrin gözü kimi kәdәrliydi. – Belәsinә kәf gәlmәk, gözünә kül
üfürmәk çәtindir. Voronin kimi ağıllı ol.

38
   33   34   35   36   37   38   39   40   41   42   43