Page 39 - pryaxin
P. 39
Xəzər yuxuları
Voronin komsomolun Volqoqrad Vilayәt Komitәsinin birinci
katibiydi – bu vәzifәyә yenicә tәyin olunmuşdu. Sergey isә bu
region üzrә xüsusi müxbir idi. Volqoqraddan savayı, Hәştәrxan
vilayәti vә Kalmıkiya da bu regiona daxildir. Bu әrazidә az qala
iki Fransa yerlәşәr. Bir sözlә – Xәzәr. Sergeyin tәyinatını komso-
molun Mәrkәzi Komitәsi dә tәsdiqlәmişdi. İki öküzün kәllә-
kәllәyә gәlmәsi üçün mәqam yetişmişdi – “Komsomolka”nın
bütün xüsusi müxbirlәrinin hәyatı mübarizәlәrdә keçir. Yuxarıların
bәzi mәsәlәlәrә göz yumduğunu hiss edәn müxbirlәr, hәtta bu
mübarizәdәn hәzz alırdılar. Bәzilәrinin işi-gücü yalnız dava-
dalaş, qalmaqal yaratmaq idi. Heç bir xüsusi yazı qabiliyyәti ol-
mayan iki-üç belә xüsusi müxbir var idi, onlardan döyüş xoruzu
kimi istifadә edirdilәr. Onlar tez-tez Moskvaya gәlir, redaksiyanın
mәrtәbәlәrindә әdalı-әdalı gәzib-dolaşırdılar. Lenin kimi, әllәrini
pencәyin yaxasına keçirdәrәk sinәsini irәli verib gәzәn bu
müxbirlәri dәrhal tanımaq olurdu. Maraqlıdır ki, yerli hakimiyyәt
orqanlarıyla, xüsusәn dә komsomol tәşkilatının rәhbәrliyi ilә
xüsusi müxbirlәr arasındakı ixtilaflar çox vaxt qәzet sәhifәlәrinә
çıxarılmırdı. Müxbirlәr bu qalmaqallar barәdә yazmağa tәlәsmirdilәr.
– Hәlә ki, faktları toplayıram, – xüsusi müxbiri redaksiya
heyәtinin toplaşdığı “Mavi zal”a çağırıb soruşanda belә cavab
verirdi.
Redaksiya heyәti dә, öz növbәsindә, kollektivin rәhbәrini
sakitlәşdirmәyә çalışırdı: faktlar – ciddi mәsәlәdir, onlarsız olmaz!
Bir sözlә, qarnıtox müxbir meyvәnin içindәki qurd kimi özünü
çox rahat hiss edirdi. Elm sübut edir ki, meyvә qurdları doxsan
faiz meyvәnin lәtindәn ibarәtdir. Yanı üstә yatmağa adәt etmiş
xüsusi müxbir dә belәdir: doxsan faiz “fakt”dan ibarәtdir. Tәnbәllik –
nifrәtin bir növüdür, yazanların heç dә hamısı qәlәm-kağız aşiqi
deyil. Әn istedadlı insanların hәyatında hәmişә müәyyәn bir
mәrhәlә olur: bu zaman yazı prosesinә ürәkdәn nifrәt elәyirsәn.
Yazıya başlamaq mәşәqqәtә çevrilir. Sergeyin özü dә, mütәmadi
olaraq, bu cür fizioloji ağrılara tutulurdu, ancaq özünü әlә alıb,
onları dәf etmәyә hәmişә özündә güc tapırdı: yaxşı başa düşürdü
ki, yazmaqdan savayı, әlindәn heç bir iş gәlmir. Odur ki, hәr dәfә
kәmsavad adamlar kimi, hıqqana-hıqqana yazmağa başlayır, bir
39