Page 34 - pryaxin
P. 34
rgi Pryaxin
yanaşırdılar. Yәqin ki, bir-birinә zidd ideyalar heç yerdә bu qәdәr
rahat yola getmirdi, “Mavi zal”da keçirilәn içlaslarda vә ya içki
mәclisindә tez-tez bir-biriylә höcәtlәşәn insanlar qәdәr tәmәnnasız
rәqiblәr tapmaq mümkün deyildi…
Bu epizodda Sergeyin oxu daşa dәydi, ancaq qәribәdir,
bundan sonra onun “Komsomolka”da işlәmәk hәvәsi daha da
artdı. Bәlkә, özünü tәmizә çıxarmaq istәyirdi?..
Amma artıq gec idi: o, “Komsomolka”da çox qalmadı, öz
әqidәsinә uyğun olan “Molodaya qvardiya” jurnalına keçdi vә
tәәssüf ki, tezliklә xәrçәngdәn dünyasını dәyişdi.
Sergey ikinci dәfә redaksiyaya yalnız yetmiş üçüncü ildә
gәldi. Artıq әsgәrliyini çәkib, Stavropolun gәnclәr qәzetindә
özünә yaxşı yer elәmişdi. Burada redaksiyanın birdәfәlik tapşı-
rıqlarını yerinә yetirir, aktual mövzularda yazılar yazırdı. Nәhayәt,
necә deyәrlәr, onu gözgördüyә çağırdılar.
İlk dәfә “Komsomolka”ya gәlәndә Sergey özü üçün iki
qәnaәt hasil etmişdi. Birincisi, hәm işlәmәk, hәm dә universitetdә
imtahan vermәk olmaz. Cәhәnnәm olsun universitet! – Bax
Peskov orta mәktәbdәn savayı, heç yerdә oxumayıb, amma
Turgenevdәn az mәşhur deyil. Sergey, demәk olar, Peskov vә
Turgenevlә tәnlәşdi – universiteti doqquz ilә bitirdi, yetmiş
beşinci ildә Moskva qeydiyyatına düşәndә isә artıq “Komsomol-
ka”da şöbә müdiri idi. Bir dәfә maraqlı bir sәhnәnin şahidi ol-
muşdu: Nuh әyyamındanqalma gözlük taxmış kәmsavad qayınanası
“Komsomolka”da dәrc olunmuş mәqalәlәrin başlıqlarını avazla
oxuya-oxuya nәvәsinә layla çalırdı:
– Nәnәnin iki şәn qazı vardı… – bunu sәnin atan yazıb.
– A b ı ş: borca götürülmüş hәyat, – bunu da…
Bir sözlә, qarı özünün qәdimi gözlüyü ilә görә bildiyi bütün
yazıları Sergeyin adına çıxırdı: birinci sәhifәdәn tutmuş, son
sәhifәyә qәdәr. Mәqalә müәlliflәrinin adları kiçik hәrflәrlә
yazılmışdı deyә qarı onları görmür vә hesaba almırdı. Qәhqәhә
çәkib gülmәkdәn özünü güclә saxlayan Sergey bir qәdәr kandarda
ayaq saxlayıb, kirimişcә, daldalı bayıra çıxdı. Ancaq, deyәsәn,
qayınanası da, qızı da, qәzet sәhifәlәrindәki imzalar kimi, onu
sezmirdilәr.
34