Page 29 - pryaxin
P. 29
Xəzər yuxuları
amma hamının gözü eyni vaxtda açılmır, ümumiyyәtlә, bu, intim
prosesdir, bu hissdәn yalnız ayrı-ayrılıqda qurtulmaq olar. Xoş
niyyәtlә uzadılan әllәr isә havadan asılı qalmamalıdır, xalqlar
bir-biri ilә dost olmur – onlar yalnız vuruşa bilәr – ayrı-ayrı
insanlar, konkret adamlar dost olur. Bu, son on beş ildә Sergeyin
dәrk etdiyi acı hәqiqәtdir.
Sergey Musa ilә dostluğunu şişirdib milli mәsәlә kimi qәlәmә
vermәk fikrindәn uzaqdır. Ancaq bu dostluğun әhәmiyyәtini dә
azaltmır. Musa da Sergey kimi, Lermontovun vurğunudur (әslindә
Lermontovu sevmәyәn çeçen tapmaq çәtindir, onlar hәtta inanır
ki, şairin damarlarında çeçen qanı da axıb). Qәribә işdir! Lermontov
dәlisov, ehtiraslı, son dәrәcә çılğın döyüşçü idi, yüznәfәrlik
alaya, indiki dillә desәk, “xüsusi tәyinatlılar”a başçılıq edirdi.
Onlar hәrbi forma da geymirdilәr, hәr kәs öz paltarında döyüşürdü.
Lermontov bu alaya әfsanәvi duel hәvәskarı Rufin Doroxov
növbәti dәfә yaralandıqdan sonra başçılıq etmәyә başlamışdı.
Onların barәsindә çoxlu söz-söhbәt gәzirdi. Özü dә danışanlar
әsasәn Lermontovun hәmkarları vә hadisәlәrin şahidi olmuş
insanlar idi: “Lermontov rәzil başkәsәnlәrdәn ibarәt quldur
dәstәsinә başçılıq edirdi. Onlar odlu silahdan belә istifadә
etmirdilәr – gözlәnilmәdәn aullara soxulur, partizan müharibәsi
aparır, özlәrini tәşәxxüslә “Lermontovun dәstәsi” adlandırırdılar…
Elә bu an gördüm ki, Lermontov yanımdadır. O, öz dәstәsi ilә
sanki yerin altından çıxdı. Yaxasıaçıq, qırmızı ipәk köynәkdә
çox yaraşıqlı görünürdü; әlindә xәncәr tutmuşdu. Yoldaşları ilә
birgә, marığa yatmış ovçu kimi, pәlәng kimi, dağlıların üstünә
atılmaq üçün fürsәt güdürdülәr…”
Yaxasıaçıq, qırmızı ipәk köynәk. Belә әsgәr forması olmaz,
Mixail Yuryeviç, olmaz. Yeseninin vә Şukşinin gәlişinin müjdәçisi
kimi geyinmisәn.
Gördüyümüz kimi, Tengin piyada alayının poruçiki can-başla
öz әsgәri borcunu yerinә yetirir, indiki dillә desәk, Çeçenistanda
konstitusiya qayda-qanunu yaratmağa çalışırdı. Keçmişdә bunu
sadәcә “qiyamı yatırmaq” adlandırırdılar. Amma bütün bunlara
baxmayaraq, onu sevirlәr. Bәlkә, ona görә ki, o da onları sevirdi.
Tez-tez qonaq elәdiyi dinc sakinlәri dә, öz ev-eşiyindә sakit
oturmayanları da. Hәr halda, o heç bir әsәrindә döyüş әtalәtini,
29