Page 26 - pryaxin
P. 26
rgi Pryaxin

Bu gölu nahaq yerә “Buyvol gölü” adlandırmırlar. Kәnardan
baxanda, göl şәhәrin kәnarındakı suvat yerindә, palçığın içindә
ağnayan camışa oxşayır.

Bәlkә, Mamayın döyüş arabasına at yox, camış qoşulubmuş?
Vә ya dәvә – çöllük әrazilәrdә dәvә daha çox işә yarayır.
Bu yaxınlarda öyrәndim: gölün adı noqay dilindәn götürülüb
vә camışlarla heç bir әlaqәsi yoxdur. Baxmayaraq ki, noqaylar
camış saxlamağı xoşlayırlar.

***

Hәmin sәfәrә görә minnәtdarlıq әlamәti olaraq, Musaya
“yox” demәyi özünә sığışdırmırdı. Hәm dә tәkcә ona görә yox
ki, onun nәşriyyata kömәyini kәsmәyәcәyinә ümid edirdi – babat
ilkin kapital olmasa (hansısa varlının pulu), indiki nәşriyyatlar
çulunu sudan çıxara bilmәz. Әn yaxşı halda, kütlәvi zövqün
qulluğunda durmalı olacaqsan. Puşkin vә Lermontov (Sergey
onların tam akademik külliyyatını nәşr etmişdi – cәmisi otuz
cild) bilsәydilәr ki, onların әsәrlәrini toplayıb çapa hazırlayana
kimi onun başı nәlәr çәkib, hansı çәtinliklәrlә, tәhqirlәrlә üzlәşib,
qәbirdә çevrilәrdilәr. Baxmayaraq ki, nә Puşkinin, nә dә Ler-
montovun sağlığında belә kitablar nәşr edilmәmişdi. Puşkin öz
külliyyatının yalnız bir-iki cildini gözdәn keçirmәyә macal tapmış,
şeirlәri kimi pulunun da qәdrini bilmәyәn Lermontovun isә
sağlığında bircә kitabı çıxmışdı. O da öldüyü ildә. Bu nazik
kitabda “Zәmanәmizin qәhrәmanı”nın ilk fәsillәri yer almışdı…

Yox, bәlkә dә, Puşkinin vecinә olmazdı: onun özü dә
xirtdәyәcәn borc içindә yaşayırdı. Çoxuşaqlı ailә başçısı sayağı,
borca düşmәkdәn çәkinmirdi. Maraqlıdır ki, Puşkin monarxiya
әleyhinә yazdığı “Puqaçovun tarixi” kitabını, demәk olar, monar-
xiyanın puluna nәşr etdirmişdi. Lermontov başqa mәsәlә. Bu
oğlanın borcu-filan yox idi, ilahi borclardan savayı. Elә hәyatını
da bu ilahi borca qurban verdi. Mәlum olduğu kimi, onun bütün
borcunu-xәrcini, hәyatının fani tәrәfinin tәminatını nәnәsi Yelizaveta
Alekseyevna öz üzәrinә götürmüşdü. Özü dә qarı öz valideynlik

26
   21   22   23   24   25   26   27   28   29   30   31