Page 30 - pryaxin
P. 30
rgi Pryaxin

amansız nifrәt inersiyasını әlindә bayraq elәmәyib, aullara hücum
çәkәn poruçik, partizan, xüsusi tәyinatlı, duel hәvәskarı Lermontov
qәdәr çeçenlәrin gözәl, ideallaşdırılmış obrazını yaradan ikinci
sәnәtkar olmayıb. Xüsusәn dә qadın obrazlarını…

Sergeyin bir dostu var, hәlә cavandır, ancaq artıq alay
komandiri, polkovnikdir. Belә adamlar barәdә deyirlәr ki, “odda
yanmaz, suda batmaz adamdır”. Palıd ağacından düzәldilmiş
şkafa oxşayır, sinәsi döyüş nişanları ilә doludur. Әslindә ona
“odda yanmaz” da demәk olmaz – yay-qış sifәti günәşdә qaralmış
olur, çünki xüsusi tәyinatlı dәstәylә birgә onu tez-tez cәnuba
ezam edirlәr. Polkovnik hәr dәfә çeçenlәrlә toqquşmalardan söz
açarkәn fikirli-fikirli әlavә etmәyi unutmur:

– Ürәkli xalqdır…
Lermontov kimi.
…“Dinamo” futbol komandası MOİK-lә oynayırdı. Oyun
televiziyada canlı nümayiş etdirilirdi. Sergeyin odda yanmaz
şkafı onda hәlә kiçik әsgәr dolabçasıydı. Ancaq batalyon komandiri
kimi artıq özünün yaxşı tәchiz olunmuş qәrargahı vardı. Örtülü
sәngәrdә yerlәşәn qәrargaha televizor da qoymuşdu. Batalyonun
bütün zabit-gizir heyәti sәngәrә doluşmuşdu, bәzilәri, hәtta
qapının üst tirinә dırmaşıb oradan baxırdı. Daxili qoşunlarda
xidmәt edәn hәrbçilәr üçün “Dinamo” doğma komandadır axı.
Rәqiblәrә göz dağı vermәk üçün әldәn-ayaqdan gedirdilәr! Hay-
küydәn qulaq tutulurdu, iş o yerә çatdı ki, atәşfәşanlığa başladılar.
“Dinamo” hәr dәfә qol vuranda batalyonun minomyotçular dәstәsi
bunu yaylım atәşi ilә qeyd edirdi. Batalyon komandirinin “Atәş!”
әmrini minomyotçular dәstәsinә çatdırmaq üçün ora-bura qaçan
leytenant әmәlli-başlı tıncıxmışdı. O, Daxili qoşunlarla Silahlı
qüvvәlәrin komandaları arasındakı qarşıdurmanın tәfәrrüatlarını
yalnız bu әmrlәrә görә müәyyәnlәşdirә bilirdi. İki dәfә yaylım
atәşi açılandan sonra hәmin leytenant komandirә mәlumat verdi
ki, yaxınlıqdakı çeçen kәndindәn ağsaqqallar gәlib, sәngәrin
qarşısında gözlәyirlәr.
– Bunlar hardan çıxdı? – batalyon komandiri donquldana-
donquldana saman döşәnmiş torpaq döşәmәdәn qalxıb çölә çıxdı.
Doğrudan da, blindajın lap girәcәyindә quzu dәrisindәn papaq
geymiş bir dәstә ağsaqqal dayanmışdı. Komandir onlara yaxınla-
şanda yaşlılar hamısı bir nәfәr kimi sağ әllәrini sol sinәlәrinin
üstünә qoydular.

30
   25   26   27   28   29   30   31   32   33   34   35