Page 35 - pryaxin
P. 35
Xəzər yuxuları

Razılaşın, çox vaxt qayınananın etimadını qazanmaq, bütün
dünyada şöhrәt qazanmaqdan çәtin olur. Bilmәk olmurdu, bu
anlarda kim daha şöhrәtlidir: İvan Sergeyeviç Turgenev, yoxsa
Sergey Nikitoviç Qusev – axı, mәlum olduğu kimi, Turgenevin
qayınanası yox idi.

İkinci qәnaәt: әdәbiyyat şöbәsi barәdә danışmağa dәymәz.
Sergey kimi әyalәt adamları, ziyalıların cәrgәsinә yenicә qoşulmuş
jurnalistlәr “Komsomolka”da qalıb işlәmәk istәyirsә, bu qapıdan
girmәmәlidir. Bu qapı başqaları üçündür. O adamlar ki torpaq
üzü görmürlәr, havalı kimi gәzib-dolaşırlar, sanki onları gözә
görünmәyәn kuklaoynadanın tüklü әllәri idarә edir. Belәlәri heç
vaxt qapını sәhv salmır. Onlar hәmişә lazım olan yerdә peyda
olurlar. Sergey kimilәri üçünsә vur-tut iki şöbә nәzәrdә tutulub:
istehsalat vә kәnd tәsәrrüfatı şöbәlәri. Yalnız burada can qoyduqdan
sonra böyük paytaxt jurnalistikasına keçmәk olar. Bu şöbәlәr iki
alaqapı – “Komsomolka”nın nәfәs borusu kimidir: adamı toz ki-
mi öz içinә çәkib beş dәqiqәdәn sonra geri qaytarmadısa, ola bil-
sin, burada qalıb işlәyәcәksәn. Sonra redaksiyanın uzun
dәhlizlәrindәn, böyük kabinetlәrindәn keçib, günlәrin bir günü,
özünü tamamilә başqa bir mühitdә, hәtta siyasәtin içәrisindә
görәcәksәn. Mәsәlәn, bu, qәzetin istehsalat vә ya kәnd tәsәrrüfatı
şöbәlәri yox, daha böyük yerlәr, mәsәlәn, Mәrkәzi Komitә ola
bilәr.

“Komsomolka”da әdәbiyyatdan vә incәsәnәtdәn başı çıxmayan,
nә qәdәr istәsәn, adam var.

İnsanların şikayәtini, mәktublarını, ah-ufunu eyninә almayan
adamlar onlardan da çoxdur.

Xәbәrlәrә gәlincә, bu barәdә hamının tәsәvvürü var. Xüsusәn
dә yaxşı xәbәrlәr barәdә – o illәrdә nәşr olunan qәzetlәr belә
xәbәrlәrlә dolu idi.

Sergey hiss edirdi ki, kәnd tәsәrrüfatı şöbәsindә rәqiblәri
daha az olacaq: necә olmasa da, Moskva sәnaye mәrkәzidir, bax
heç vaxt Kuşkadan o tәrәfә keçmәyәn sınıq-salxaq maşınların
baqajının üstündә belә, şәstlә “Moskviç” (“Moskvalı”) yazılıb.
İstәnilәn “Moskviç”, xüsusәn dә şәhәr әtrafında qeydiyyatda
olan maşınların hәr biri fәhlә sinfinin keşmәkeşli hәyatını nümayiş

35
   30   31   32   33   34   35   36   37   38   39   40