Page 33 - pryaxin
P. 33
Xəzər yuxuları

– Öz yazdıqlarınıza.
– Bunu mәn yazmamışam, – Sergey sakit sәslә cavab verdi, –
xalq yazıb. Xalq isә hәmişә haqlıdır.
– Sәn deyәndir, – Feliks başını yellәdi, vәrәqlәri ovcunda
büküb, yumruladı vә sonra peşәkar basketbolçusayağı, baxmadan
kağızı stolun altındakı zibil “sәbәt”inә atdı. – Gedә bilәrsiniz.
Sergey qalxıb fikirli-fikirli otaqdan çıxdı. Әlbәttә, “Komso-
molskaya Pravda”nın poçtundan bütün mövzulara aid mәktublar
tapmaq olardı – bunların hamısını yazan xalqdır. Nә isә, bәzәn
xalqla xalqçılar arasında qәribә münasibәtlәr olur. Çox qәribә.
Bir zamanlar Vasili Mixayloviç Peskovun ehtiyatla himayә
etdiyi slavyanofillәr “Komsomolskaya Pravda”da heç vaxt
çoxluqda olmamışdı. Bәzәn baş redaktor slavyanofil olsa da,
redaksiya öz qanunları ilә yaşayırdı. Feliks Ovçarenkonun özü
dә buraya böyük qalmaqal doğurmuş mәqalә çap olunandan
sonra kollektivi “möhkәmlәtmәk üçün” göndәrilmişdi. Görünür,
teatr haqqında yazılmış sol tәmayüllü mәqalәdә “Praqa baharı”nın
әlamәtlәrini aşkarlamışdılar. Onu da deyәk ki, bütün qalmaqallar,
hay-küy, bir qayda olaraq, aşağılarda – oxucu kütlәsinin içәrisindә
yox, yuxarılarda başlayırdı. Bu mәnada “Komsomolka”nın şöhrәt
qazanmış jurnalistlәrinin hamısı Sov.İKP MK-nın yetirmәlәri
idi.
Әslindә bu konkret mәsәlәylә bağlı öz vәtәnpәrvәrlik ideyalarına
yuxarıların diqqәtini cәlb etmәk üçün ona heç nә mane olmurdu –
axı azlığın çoxluğa qarşı apardığı partizan müharibәsindә qadağan
olunmuş mübarizә üsulları yoxdur. Ancaq bunu etmәdi. 70-ci
illәrin sonu, 80-ci illәrin әvvәlindә Kreml gerontokratiyasını
tәşkil edәn insanların hamısı fәhlә-kәndli uşaqları idi deyә, bәlkә
dә, gizlindә Stalinә (onun yaratdığı mühitin ab-havası hәlә dә
Kremldәn çәkilmәmişdi) pәrәstiş etdiklәri üçün altdan-altdan
mülayim slavyanpәrәstliyә meyil edirdilәr. Ancaq bu, hәmişә
belә olmayıb. Bütün bunlara baxmayaraq, “Komsomolka”da tari-
xәn formalaşmış qәrbyönümlü çoxluq da heç vaxt, hәtta qәzet si-
yasi mövqeyini dәyişdiyi hallarda belә, ayağa dolaşan
“menşevik”lәri sıxışdırmaq üçün yuxarıların, rәsmilәrin kömәyinә
әl atmırdılar. Әslindә qәrbyönümlülәr dә, slavyanofillәr dә, hansı
mәzhәbә qulluq etmәsindәn asılı olmayaraq, yuxarılara şübhәylә

33
   28   29   30   31   32   33   34   35   36   37   38