Page 36 - pryaxin
P. 36
rgi Pryaxin
etdirir. Bir vaxtlar baş götürüb qaçmaq üçün әldәn-ayaqdan
getdiyi kәnd hәyatını xatırladı: “Komsomolka”da işlәyәn tanınmış
qәlәm adamlarının hansından soruşsan, buğda ilә darını bir-
birindәn ayıra bilmәz. Baxmayaraq ki, millәtin dәrd-sәri ilә
yaşadıqlarını iddia edirlәr. Sergey isә belә şeylәri yaxşı bilirdi,
bu sәbәbdәn dә çox düşünüb-daşınmadan kәnd tәsәrrüfatı şöbәsini
seçdi – bu, “Komsomolka”ya açılan yeganә әlçatan qapı idi.
Qәzetin әn pafoslu, әn yaşlı romantiki, unudulmaz Vladimir İliç
Onişşenko isә buranın “dalandarı” idi. Onu dәnli bitkilәr-filan
yox, daha çox, eyş-işrәt, kef mәclislәri maraqlandırırdı. Allah
canını sağ elәsin: şöbә müdiri vә kәnd mövzularının kuratoru
kimi vә öz qәtiyyәtliliyi hesabına “gәlmә”lәrin çoxuna yaşıl işıq
yandırmış, Moskva hәyatına vәsiqә vermişdi.
Şöbәdә işә başlayan kimi Sergey Qazaxıstana, Xam torpaqlara
getmәk üçün icazә istәdi. Düz bir ay çöllәrdә gәzib-dolaşaraq,
rayon mәrkәzindәki telefonla “Komsomolskaya Pravda”nın steno-
qraflar bürosuna mәlumat ötürmәklә mәşğul oldu. İnternatda
oxuyarkәn, tәtil zamanı kombaynda vә traktorda çox işlәmişdi
deyә elә dә çәtinlik çәkmәdi. Mexanizatorlarla görüş zamanı
mәlum oldu ki, onların işinin incәliklәrindәn xәbәrdardır. Ona
görә dә Moskvaya göndәrdiyi, daha doğrusu, telefonla diktә
etdiyi materiallarla bağlı heç bir narazılıq yox idi.
Әlbәttә, burada gündәlik qәzet almaq imkanı yox idi, amma
sәn demә, onun göndәrdiyi bütün materiallar dәrc olunurmuş.
Kәnd tәsәrrüfatı sahәsinin maddi tәrәflәri ilә maraqlanmayan
veteran, ustad Onişşenko onun mәqalәlәrini qәzet sәhifәsinә
yerlәşdirmәk üçün әlindәn gәlәni edirdi. Onişşenko maddiyyat
qarşısında әbәdiyyәtin, ruhun üstünlüyünә inanan adam idi.
Nәticәdә Segeyi işә götürdülәr vә tezliklә – Xam torpaqların
yod qoxuyan zәhәrli tozu üstündәn tökülmәmiş, Volqoqrada
xüsusi müxbir tәyin etdilәr. Mәhz buraya – sakit-sakit axan
Volqa çayının sahilinә. İyirmi beş il bundan әvvәl, burada xüsusi
müxbir işlәyәrkәn, Volqada doyunca çimә bilmәmişdi: buna
macal tapmırdı, vaxtı yox idi – Moskvaya qayıtmaq üçün әllәşib-
vuruşurdu.
Hә, Moskvaya aparan yol Volqoqraddan keçib-gedirdi.
Voroninlә dә burada tanış olmuşdu.
36