Page 40 - pryaxin
P. 40
rgi Pryaxin

azdan bütün vücudunu sarmış tәnbәllik hissi keçib gedirdi. Onun
ürәk dostları isә bu görünmәz sәddi (maraqlı, mәzmunlu beyin
maddәsini utilitar mürәkkәbqabına çevirmәk vә qәlәmi ona
batırıb, bir az bayağı da olsa, nәsә konkret bir şey yazmaq
maneәsini) illәr uzunu aşıb-keçә bilmirdilәr.

Çox yazmaq nәfәs alıb-verirmiş kimi asanca, heç bir çәtinlik
hiss etmәdәn ağzına vә ağlına gәlәni qәlәmә almaq qabiliyyәtsiz,
istedadsız adamların işidir. Yerlә göyü bir-birinә bәnd etmәyә
çalışın, onda görәcәksiniz ki, yerdә qalanlar üçün yazmaq nә
qәdәr çәtindir.

Tәәccüblü deyil ki, daha çox әn isdedadlı adamları әtalәt
basır, sadә insanların düşündüyündәn fәrqli olaraq, bәzәn qәlәm
onlara lingdәn dә ağır gәlir. Xüsusi müxbir qismindә Volqoqrada
yollanarkәn, özü dә Lüsyenanın öyüd-nәsihәtindәn sonra Sergey
dә mübarizәyә köklәnmişdi. Ancaq hәr şey başqa cür alındı.
Lüsyenanın sözlәri düz çıxmadı. Voronin onu mәşhur adama
çevirdi – bir neçә aylığına.

***

Sergeyin hansı yuvanın quşu olduğunu Voronin ilk baxışdanca
başa düşmüşdü. Bilirdi ki, Volqoqradda çox qalmayacaq. Onun
burada kök atıb, möhkәmlәnmәsi mümkün deyil. O, barama
qurdu kimi buradakı hәyatı öz içindәn, girişlә çıxışı birlәşdirәn
qaranlıq tuneldәn keçirib, insanlıq üçün nәsә xeyirli bir şeyә
çevirә bilmәz. Yox. Bura onun üçün tranzitdir. Çoxdan arzusunda
olduğu tranzit! – Voronin Sergeyin oynayan gözlәrindәn bunları
oxumuşdu. Onun bütün hәyatının qayәsi Moskvaya qayıdıb,
orada mәskәn salmaqdır. Belәlәrinә elә gәlir ki, ağlında,
tәxәyyülündә canlandıra bilәcәyi әsl hәyat oralardadır. Voronin
ilk dәfә onunla öz kabinetindә görüşdü. Ölkәboyu hakimiyyәtin
soyuq havası ilә dolu, asketik tәsir bağışlayan, arı yuvasını
xatırladan minlәrlә belә kabinet var: Ağlama Divarı kimi göz-

40
   35   36   37   38   39   40   41   42   43   44   45